Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (26-10-2018, 15:00)
Deputat: Qoşqar Hacıyevin müalicəsi Mehriban Əliyevanın nəzarətindədir

Deputat: Qoşqar Hacıyevin müalicəsi Mehriban Əliyevanın nəzarətindədir

 

Ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrimizə və qazilərimizə göstərdiyi böyük diqqəti ölkəmizdə insanlarımızın, demək olar ki, hamısı bilirlər. Bir sıra çıxışlarında hər zaman insanlarımızı şəhid ailələrinə və qazilərə diqqət və qayğı göstərməyə çağırıb.

Bir çoxları bilməsə də, qeyd etməliyəm ki, ağır yaralanmış qazimiz, Qoşqar qardaşımız birbaşa Mehriban xanımın diqqət və qayğısı nəticəsində Türkiyənin “Gülhanə” hərbi hospitalına göndərilib və onun müalicəsi birbaşa Mehriban xanımın nəzarəti altında olub.

Mediatv.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva dilə gətirib.

O qeyd edib ki, Heydər Əliyev Fondunun dəstəyilə Q.Hacıyev “Gülhanə” hərbi hospitalında əməliyyat olunub və 1 il 1 ay müddətində orada qalaraq lazımi müalicələri alıb:

“Bu müddət ərzində o hər zaman diqqət altında olub və bütün dəstəyi Mehriban xanım göstərib.

Bakıya qayıtdıqdan sonra Hərbi Hospitalda müalicəsi davam etdirilib. Qoşqar qardaşımız ağır yaralıdır və bir müddət əvvəl vəziyyətində yenidən ağırlaşma baş verib, ailəsi bundan çox narahat olub. Vəziyyətin ağırlaşması fonunda bəzi şəxslərin və ya güclərin ailənin narahatlığını “dövlət qazisinə sahib çıxmır” və sair kimi doğru olmayan, sadəcə, düşməni sevindirən məlumatlarla paylaşmasını üzüntü ilə və ciddi narahatlıqla izlədik və ona görə də bunları deməyi özümə borc bildim.

İlk öncə ona görə ki, bu dövlətimizin maraqlarına zərbə olan və düşmən sevindirən addımlardır. İkincisi, hər zaman qazimizin yanında olan o insanlara haqsızlıq edildiyini gördüyüm və onların da çıxıb, əslində, qazimizə hər zaman dəstək olduqlarını söyləməyəcəklərini bildiyim üçün bunları yazıram. Çünki Mehriban xanım və rəhbərlik etdiyi kollektiv şəhid ailələrimiz və qazilərimizə dəstəyi hər zaman özlərinə bir borc sayırlar və bu istiqamətdə gördükləri işlərlə bağlı mətbuata məlumatlar vermirlər.

Qoşqar qardaşımızın vəziyyəti barədə məlumat aldığım zaman Hərbi Hospitala getdik. Hospitalın rəhbəri Tofiq müəllim, ailə üzvlərinin, qazimizin dostlarının iştirakı ilə müzakirələr oldu. Ailəsi qazimizin yenidən qardaş Türkiyəyə göndərilməsini xahiş etdilər. Bu məsələni birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın köməkçisi, Heydər Əliyev Fondunun direktoru Anar müəllimə zəng edib çatdıranda onun dediyi söz “hər zaman qazimizin yanındayıq” oldu.

Sonra zəng edərək bildirdi ki, ailəsi narahat olmasın, qazimizlə bağlı Mehriban xanım bütün lazımi dəstəyin göstərilməsini söyləyib və bu dəstək göstəriləcək.“Gülhanə“” ilə danışıqlara başlanıldı. Cəmi bir neçə saat sonra isə qazimizin qardaşı İlqar bəy zəng edərək, Qoşqar qardaşımızı “Gülhanə”də müalicə edən həkimlərin Bakıda “EGE” Hospitalda çalışdıqları barədə məlumat aldıqlarını və Qoşqar bəyin Türkiyəyə getməsini də məhz bu həkimlər üçün rica etdiklərini bildirərək, “artıq həmin həkimlər Bakıda çalışırsa, Türkiyəyə ehtiyac yoxdur, “EGE” Hospitalda həmin həkimlərin nəzarətində müalicə ala bilər”, - dedi.

Qoşqar artıq həmin xəstəxanaya köçürülüb. Bu barədə davamlı olaraq Qoşqar bəyin vəziyyəti ilə maraqlanan Anar bəyə məlumat verildi və o, Mehriban xanımın qazimizin müalicəsi ilə bağlı ciddi tapşırıqlar verdiyini, diqqətdə saxladığını və bütün dəstəklərin müalicə dövründə göstəriləcəyini bildirdi.

“EGE” Hospitalda həm Qoşqar qardaşımızı ziyarət etdik, həm ailəsi ilə birlikdə Türkiyədən gəlmiş həkimlərlə, xəstəxana rəhbərliyi ilə görüşdük. Onlar “Mehriban xanımın hər zaman qazilərimizə dəstəyi bizim üçün də örnəkdir” dedilər və onun adından rəhbərlik etdiyi qurumun onlarla əlaqə saxladıqlarını, gəlib görüşərək həm qazimizin vəziyyəti ilə maraqlandıqlarını, həm də lazım olan bütün dəstəyin Mehriban xanımın tapşırığı ilə göstəriləcəyini söylədiklərini bildirdilər”.

шаблоны для dle 11.2

Xəbər lenti
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
16 11 2018
16 11 2018
16 11 2018
16 11 2018
16 11 2018
16 11 2018
16 11 2018
16 11 2018
16 11 2018
16 11 2018
16 11 2018
16 11 2018
16 11 2018

{sape_links}{sape_article}