Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (9-10-2018, 16:00)
İlham Rəhimovun sədrliyi ilə beynəlxalq konfrans keçirildi - Fotolar

[thumb=left]http://mediatv.az/uploads/posts/2018-10/1539074892_ilham.jpg[/thumb]

 

Bu gün Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyası və Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun birgə təşkilatçılığı ilə “Beynəlxalq terrorizm və müasir şəraitdə ona qarşı mübarizə” mövzusunda beynəlxalq konfrans keçirilib. 


Mediatv.az News24.az-a istinadən xəbər verir ki, Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, hüquq elmləri doktoru, professor İlham Rəhimovun sədrliyi ilə keçirilən konfransda xarici ölkələrdən dəvət edilmiş millət vəkilləri, ictimai xadimlər, həmçinin  hüquqşünaslar iştirak edib.

Geniş müzakirə zamanı namizədlərin üzvlüyə qəbul olunmasına dair təkliflər qəbul edilib, 2018 - 2019–ci illər üçün Assosiasiyanın Fəaliyyət Planı təsdiqlənib və cari məsələlər müzakirə olunub. 

Konsfranda Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun direktoru, hüquq elmləri doktoru, millət vəkili Aytən Mustafayeva, Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin rəhbəri Şahin Əliyev və başqaları iştirak edib. 

Hüquqşunas İlham Rəhimov Amerikanın dünya valyutasına qarşı törətdiyi iqtisadi terrordan danışıb: 

“Terrorun iki qolu var. Biri hər hansısa ölkəni partlatmaq, digəri isə dolların təzyiqi ilə zəiflətmək. Bununla da ölkənin daxilində böyük narazılıqlar əmələ gəlir. Bu özü də müyyən mənada terrorizmdır”. 

Hüquq elmləri doktoru həmçinin qeyd edib ki, ermənilərin də Azərbaycana qarşı törətdiyi sözün əsl mənasında terrordur və bunun heç sübuta da ehtiyacı yoxdur: 

“Bütün dünya bilir ki, ermənilər işğal etdiyi torpaqlarda nələr edirlər. Mən bunu belə izah edərdim. Hər kəs bilir ki, Allah var. Ancaq heç kim onu gözü ilə görə bilmir. Ermənilərin terror aktının tarixi illərə söykənir”. 

Konfransda həmçinin Dağıstan Respublikasından Rusiya Federasiyası Dövlət Dumasının deputatı Zaur Askenderov da iştirak edib.

O, açıqlamasında Azərbaycana Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının Prezidenti İlham Rəhimov tərəfindən dəvət edildiyi açıqlayıb: 

“Konfransımızın əsas mövzusu terrorizm və onunla mübarizədir. Terror müasir dünyanın qorxulu vəziyyətidir. Bu gün dünya birliyi terrorla üzləşir. Terror əsas hallarda dinc əhaliyə qarşı yönəlir”. 
 

 






шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024