Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (20-08-2018, 16:30)
Bu həftə Mingəçevirdəki qəzayla bağlı yekun rəy olacaq

Bu həftə Mingəçevirdəki qəzayla bağlı yekun rəy olacaq

 

Mingəçevirdəki enerji qəzası ilə bağlı yaradılmış Dövlət Komissiyası araşdırmaları yekunlaşdırmaq üzrədir.

Mediatv.az xəbər verir ki, bu haqda Modern.az-a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun direktoru, Komissiyanın üzvü Nazim Məmmədov açıqlama verib.

O qeyd edib ki, iyulun 3-də Mingəçevirdəki İstilik Elektrik Stansiyasında (İES) baş verən qəza ilə bağlı  Dövlət Komissiyasının bu həftənin sonuna kimi yekun rəyi olacaq.

“Komissiya hadisənin yekun rəyini bitirmək üzrədir. Bildiyiniz kimi, bu ayın 22-23 Qurban bayramı ilə əlaqədar qeyri-iş günüdür. Ancaq komissiya həmin günləri də işləyəcək. Hadisənin yekun rəyi isə  tam hazır olduqdan sonra dövlət başçısına təqdim olunacaq”.

Qeyd edək ki, İyulun 3-də Mingəçevirdəki İstilik Elektrik Stansiyasında (İES) baş verən qəza bütün Azərbaycanı zülmətə qərq elədi, dövlətə və əhaliyə böyük ziyan vurub.

Baş verən hadisə ilə bağlı Energetika Nazirliyi və “Azərenerji” ASC-nin  birgə rəsmi məlumatında bildirilib ki, qəza havaların kəskin isti keçməsi ilə əlaqədar olaraq elektrik enerjisinə tələbatın ciddi şəkildə artması (təqribən 40 faiz) və elektrik avadanlıqlarının istismarında açılmalar nəticəsində baş verib.

Hadisədən sonra Prezident İlham Əliyevin sərəncamı ilə  qəzanın səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə Dövlət Komissiyası yaradılıb.

Sərəncama görə, Dövlət Komissiyası hadisənin baş verməsi səbəblərini araşdırmalı və bu barədə Prezidentə məlumat verməlidir. Qəzanın nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirilməli və həyata keçirilməli, görülmüş işlər haqqında ölkə başçısına mütəmadi məlumat verilməlidir.

Həmçinin, Baş Prokurorluq baş vermiş hadisənin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirməlidir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024