Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (2-08-2018, 17:30)
Meyiti su kanalında tapılan xanəndənin ölüm səbəbi açıqlandı - RƏSMİ

Meyiti su kanalında tapılan xanəndənin ölüm səbəbi açıqlandı - RƏSMİ

 

Meyiti su kanalında tapılan xanəndənin ölüm səbəbi açıqlanıb.

Mediatv.az  xəbər verir ki, Bərdə Rayon Prokurorluğundan report-a verilən məlumata görə, avqustun 1-də avtomobil qəzası zamanı öldüyü bildirilən xanəndə Novruz Hüseynovun meyti Qarabağ su kanalının Ağcəbədi rayon ərazisindən keçən hissəsində aşkarlanıb. Ekspertizaya göndərilən meytin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Onun su kanalında boğularaq öldüyü bildirilir.

Qeyd edək ki, ötən gün xanəndə, Miryusif Mirizadə və Novruz Hüseynovun avtomobil qəzası zamanı öldüyü barədə məlumatlar yayılıb. Qəzaya düşən "Mercedes" markalı avtomobildə meyti tapılan M.Mirizadənin meytinin üzərində zorakılıq əlamətləri aşkarlanıb və ona 14 bıçaq zərbəsi vurularaq qətlə yetirildiyi məlum olub.

Avtomobilin sahibi N.Hüseynov isə hadisə yerində tapılmayıb və onun axtarışlarına başlanılıb. Bu gün səhər saatlarında N.Hüseynovun meyiti Ağcabədi rayonu ərazisində, Qarabağ su kanalında yerli sakinlər tərəfindən aşkar edilib. 

Hadisə ilə bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
12 12 2018
12 12 2018
12 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018

{sape_links}{sape_article}