Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (1-05-2018, 18:30)
Generalın məhkəməsi başladı

Generalın məhkəməsi başladı

 

Ləğv edilmiş MTN-nin istintaq idarəsinin rəisi olmuş general Mövlam Şıxəliyevə qarşı iddia üzrə məhkəməyə başlayıb.

Mediatv.az  qafqazinfo-ya istinadən xəbər verir ki, "MTN işi" üzrə zərərçəkmiş kimi tanınan Mətləb Mustafayev general M.Şıxəliyevə qarşı iddiasına Səbail rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrliyi ilə baxılır. Onunla bağlı cinayət işinin istintaqının generalın rəhbərlik etdiyi idarənin apardığını əsas gətirərək M.Şıxəliyevdən təzminat kimi 63 min manat tələb edib. M.Şıxəliyev yüksək dövlət postu tutduğu üçün Maliyyə Nazirliyi də prosesə cavabdeh şəxs kimi cəlb edilib.

Bugünkü iclasda M.Şıxəliyev, vəkili və Maliyyə Nazirliyinin nümayəndəsi iştirak etməyib. Hakim bildirib ki, tərəflərin hər birinə bildiriş verilsə də, onlar prosesə gəlməyib. Zərərçəkmiş M.Mustafayev isə vəsatət verərək M.Şıxəliyevin şəxsən özünün iştirakının təmin edilməsini istəyib. 

Proses mayın 10-da davam etdiriləcək. 

Qeyd edək ki, Mətləb Mustafayev Əmlak Məsələləri üzrə Dövlət Komitəsində işləyib. MTN-nin keçirdiyi əməliyat nəticəsində qanunsuz olaraq silah saxlamaqda ittiham edilərək 2 il müddətinə azadlıqdna məhrum edilib. Onun qardaşı polkovnik Malik Mustafayev MTN-də yüksək vəzifə tutub. Mətləb Mustafayevin həbsindən 2  gün sonra Malik Mustafayev özünü asaraq intihar edib. E.Mahmudov vəzifədən çıxarılandan və MTN generalları həbs ediləndən sonra Mətləb Mustafayev bəraət alaraq azadlığa çıxıb.

 

шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024