Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (14-02-2014, 21:56)
“İsa Qəmbərin yenidən partiya başqanı olması üçün...”

 

 

“Qafqazinfo” Müsavat Divanının üzvü Vurğun Əyyubun Mediaforuma verdiyi müsahibəni təqdim edir: 

- Mayın 24-nə təyin olunmuş qurultayda eyni şəxsin iki müddətdən artıq başqan seçilməsini yasaqlayan nizamnamə maddəsinin ləğvi və İsa Qəmbərin yenidən başqanlığa namizəd imkanı əldə etməsi ehtimalı varmı? Sizin şəxsi fikriniz necədir: İsa Qəmbərin başqan postunda qalmasını istəyirsinizmi?
- Partiyanın qurultayı ən ali orqandır. Nizamnaməyə dəyişiklik qurultayın səlahiyyətində olan məsələdir. Bilirəm ki, qurultay nümayəndələri içərisində nizamnamədə iki dəfədən artıq başqan seçilməyə qadağa qoyan maddənin dəyişdirilməsini arzu edənlər var. Əgər qurultay nümayəndələrinin çoxluğu bu təklifi dəstəkləsə, o zaman nizamnamədə dəyişiklik edilə bilər.
Amma bu məsələnin başqa bir tərəfi var. Tutaq ki, qurultay nizamnaməni dəyişdi. O zaman ortaya sual çıxacaq ki, İsa Qəmbər yenidən partiya başqanlığına namizədliyinin irəli sürülməsinə razı olacaqmı? Məncə, hətta qurultay belə bir dəyişikliyi etsə də, İsa Qəmbər öz prinsiplərinə sadiq qalaraq namizədliyinin verilməsinə razı olmayacaq. Ona görə də İsa Qəmbərin yenidən partiya başqanı olması üçün nizamnaməyə dəyişiklik etmək istəyənlərin zəhməti boşa çıxacaq.
- Başqanlığa namizəd olmaq fikriniz varmı? Belə fikriniz yoxdursa, başqan postuna iddialı olanlardan kimin namizədliyini dəstəkləmək niyyətindəsiniz?
- Bu barədə fikirlərimi dəfələrlə bildirmişəm. Mən partiyanın Divan üzvü Qubad İbadoğlunun namizədliyini dəstəkləyəcəm.
- Yeni başqan (siz və ya başqa birisi) Müsavatda nələri dəyişməlidir? Partiyanın idarəçilik formasının dəyişməsi, başqanlıq institutunun ləğvi mümkündürmü?
- Hər bir namizəd qurultay nümayəndələri qarşısında öz proqramı ilə çıxış edəcək. O zaman görəcəyik hansı namizəd partiyanın idarə edilməsini necə təşkil etməyi düşünür. Namizədlərin əvəzindən danışmaq istəmirəm. Amma təkliflərimi namizəd olacaq dostuma bildirəcəm. Bu barədə danışmağı tez hesab edirəm.
шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024