Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm / Slayd (28-01-2018, 13:23)
Bakıda partlayış baş verən binanı Ziya Məmmədov tikib - Qaranlıq məqamlar

Bakıda partlayış baş verən binanı Ziya Məmmədov tikib - Qaranlıq məqamlar

Dünən səhər saatlarında Bakının Nəsimi rayonu Dilarə Əliyeva küçəsində 18-də partlayışın baş verdiyi çoxmərtəbəli yaşayış binası ilə bağlı yeni məlumatlar üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həmin binanın bir neçə il öncə “ZQAN Holdinq” tərəfindən tikildiyi məlum olub.

Bildirək ki, bu şirkət 2013-cü ildən sonra adını dəyişərək “Garant Holding” olub.

Qeyd edək ki, partlayışa səbəb kimi qaz sızması göstərilsə də, həmin binada əslində qaz olmayıb.

Belə ki, bir neçə gün öncə “Azərsu” ASC-nin əməkdaşlarının bina sakinlərinin müraciəti əsasında su xəttində yaranmış problemin aradan qaldırılması üçün bina yaxınlığında qazıntı aparıblar. Lakin, qazıntı zamanı su xəttinin yanında keçən qaz xətti zədələnib. Bu səbəbdən də ərazidə qaz sızması baş verib və partlayışa səbəb olub.

Hadisənin səhər saatlarında baş verməsi böyük bir faciənin qarşısını alıb. Belə ki, həmin binanın 3-cü mərtəbəsində kurs yerləşir. 10-11 radələrində partlayış baş versəydi, həmin vaxt kursda 60-70 şagird zərər çəkə bilərdi.

Partlayış nəticəsində binaya, binada fəaliyyət göstərən “Ofisait” mağazasına və kursa ümumilikdə 3-4 milyon manat ziyan dəydiyi ehtimal edilir.

Hazırda faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, yanğınla nəticələnən partlayışda mağazada satıcı işləyən 1961-ci il təvəllüdlü Mahmudov Zahid Şükür oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024