Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (12-02-2014, 17:42)
Erməni məşqçi Azərbaycan klublarını çempionata qatmaq istəyir

 

“Səviyyəli komandaların sayının azalması otüstü hokkeyin populyarlığının aşağı düşməsinə səbəb olub. Bu da öz növbəsində Rusiyanın bölgələrində yaxşı komandaların formalaşmasına maneçilik yaradır”. 

 

 “Mediatv.az”ın Apasport.az saytına istinadən məlumatına görə, bu sözləri Rusiyanın “Dinamo-Kazan” klubunun baş məşqçisi Araik Marqaryan deyib.

 Rusiyanın əməkdar məşqçisi adına layiq görülmüş erməni mütəxəssis otüstü hokkeyin potsovet məkanında nüfuzunu itirməsindən narahatdır.

 Bundan çıxış yolunun nədən ibarət olduğunu da ehtimal edən Marqaryan Azərbaycan klublarına da ehtiyaclarının olduğunu bildirib: “Yeni komandaların hesabına güclülər dəstəsində iştirakçıların sayı artırılıb. Lakin bu sayın süni artırılması səviyyəsinin yüksəlməyinə heç bir fayda verməyib. Çıxış yolu isə yalnız birdir. Bizimlə eyni problemləri yaşayan keçmiş SSRİ komandalarını özündə birləşdirən Qitə Liqası yaradılmalıdır. Belarusda yaxşı klub var. Ukraynadan bir neçə komandanı yarışa cəlb edə bilərik. Azərbaycanda və Qazaxıstanda da layiqli klublar var. Həm də Polşa və Çexiya ilə də danışıqlar aparıb, 10 və hətta daha çox komandanın iştirakı ilə kifayət qədər maraqlı bir çempionat təşkil edə bilərik. Düşünürəm ki, maliyyə xərcləri də o qədər çox artmayacaq. Bir neçə komanda bir şəhərə yığışıb, orada oynaya bilərlər”.

 Qeyd edək ki, kişilərdən ibarət “Dinamo-Kazan” Rusiya çempionatında rəqib tanımır. Onlar son 11 mövsümdə 10 dəfə çempion titulunu qazanıblar. 

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024