Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (12-02-2014, 14:57)
Nazirin qardaşı oğlunun maşınlarının fotoları yayıldı

Milli Məclisin deputatı Elton Məmmədov kiçik oğlu Aynar Məmmədov haqqında “Virtualaz.org” saytında araşdırma materialın dərc olunmasına münasibət bildirib. 

Deputat E.Məmmədov Publika.Az-a açıqlamasında sözügedən materialın əvvəldən sonadək şantaj xarakterli və uydurma olduğunu söyləyib: “Kimsə gedib hər hansı ölkədə istirahət edən zaman, avtomobillə safariyə çıxan zaman çəkdirdiyi fotoları necə özünküləşdirmək olar? Bu yazı Eynulla Fətullayevin saytında çıxıb.

Mən istəmirəm ki, o adamı məhkəməyə verim. O adam başdan ayağa şantajçıdır. Mən buna başqa ad da verə bilmərəm. Axı kim olasan ki, sən götürüb yazı yazıb şantaja keçəsən ki, Ziya Məmmədovun qardaşı oğlu, Elton Məmmədovun oğlu filan şeyə sahibdir. Əgər mənim oğlumun elə maşınları varsa, yalançının atasına lənət olsun? Eynulla bundan sonra 100 yaşasa belə, mənim oğlum kimi ağıllı, tərbiyəli, vətənpərvər, savadlı və bir neçə xarici dil bilən insan ola bilməz. Mənim böyük oğlum isə 2010-cu ildə Bolqarıstanda keçirilən yarışda Avropa çempionu olub.

Özü də ermənimənşəli idmançını döyüb. Ayın 23-də “Sərhədçi”də yarış keçiriləcək. Kim istəsə gəlib görə bilər ki, Elton Məmmədovun oğlu, Ziya Məmmədovun isə qardaşı oğlu necə dövlətə və dövlətçiliyə xidmət edir. Eynulla sağlam jurnalistlərə ləkədir”.

Deputat vurğulayıb ki, indi dövlət başçımız da gənclərimizin Azərbaycanı tanıtmaq istiqamətində böyük dəstək verir: “Ancaq Eynulla kimi adamlar bunu ləkələməyə çalışır. Mən onun paylaşdığı fotolara baxdım, Eynulla götürüb oğlumun dostunun da fotosunu yayıb. Adama deyərlər sən kimsən ki, camaatın şəxsi həyatını gündəmə gətirəsən? Mənim şəxsi həyatıma müdaxilə edəsən? Oğlum safaridə istirahət edən vaxt o fotoları çəkdirib. Sən kimsən ki, o fotoları yayırsan? Əgər sən normal jurnalistsənsə, əvvəlcədən yoxla o maşınları, öyrən gör ümumiyyətlə, Azərbaycanda belə bir maşın varmı? Əgər sən bunun hüququ bazasını yoxlamaq istəyirsənsə, o zaman gömrük orqanlarına müraciət edib öyrənə bilərsən.

Digər tərəfdən isə mən Sovet İttifaqı dövründən bizneslə məşğul olan adamam. Mən indi müasir və inkişaf etmiş Azərbaycanda öz oğluma normal maşın ala bilmərəm? Mənim oğlumun aftomobili 100 mindən aşağıdır. Buna baxmayaraq, Azərbaycan qanunları bahalı avtomobillərin ölkəyə gətirilməsinə də imkan verir. Heç bir qanunda buna məhdudiyyət yoxdur. Camaat 100 milyona təyyarə alıb gətirir. Heç buna məhdudiyyət qoyulmur. Ancaq hansısa xarici ölkədə bahalı maşınla foto çəkilib, bunu götürüb yazırlar ki, filankəsin 500 minlik maşını var və sairə. Burada söhbət oğlumdan deyil, Elton və Ziya Məmmədovlardan gedir. Bizi qaralamaq istəyirlər. Ancaq Allah da bilir ki, mən və qardaşım dövlətçiliyə və millətə xidmət edən adamlarıq. Bu cür yazıları yazanlar bizi gözü götürməyən, xalq və dövlətə zərrə qədər xeyr vermək istəməyən insanlardır. Bu cür adamların imkanları olanda belə ancaq özləri üçün çalışırlar. Mən onları Allaha tapşırıram. Allah onların cəzasını verəcək”.

Qeyd edək ki, “Virtualaz.org” saytında nazirin qardaşı oğlunun maşın kolleksiyasının və bahalı saatlarının fotoları yayımlanıb.

Sözügedən fotoları təqdim edirik:

 

Nazirin qardaşı oğlunun maşınlarının fotoları yayıldı

Nazirin qardaşı oğlunun maşınlarının fotoları yayıldı

Nazirin qardaşı oğlunun maşınlarının fotoları yayıldı

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024