Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (12-02-2014, 10:21)
Millət vəkili İstanbul Azərbaycan Kültür evi başqanıyla görüşüb

 

 

Millət vəkili Qənirə Paşayeva İstanbul Azərbaycan Kültür evi başqanı Hikmet Elp ilə görüşüb. 

 

“Mediatv.az” xəbər verir ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması üçün Azərbaycan diaspora təşkilatlarının üzərinə düşən vəzifələrə toxunan millət vəkili Qənirə Paşayeva bu işdə türk diaspora təşkilatları ilə birgə hərəkət etmələrinin vacibliyini qeyd edib. O, qardaş Türkiyədə fəaliyyət göstərən insanlarımızın qurduğu diaspor təşkilatlarının bir-birlərinə sıx dəstək vermələrinin və Türk dünyasını narahat edən bütün problemlərin həlli üçün bərabər çalışmalarını xüsusi diqqətə çatdırıb. Millət vəkili harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanının, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan və türk diaspora təşkilatlarının Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün birlikdə çalışmalarını sürətləndirmələrinin vacibliyini vurğulayıb. Təşkilatın bu günə qədər gördüyü işlər, Azərbaycan mədəniyyəti, tarixi, həqiqətlərinin yayılması istiqamətində həyata keçirdikləri layihələr barədə geniş məlumat verən  İstanbul Azərbaycan Kültür evi başqanı Hikmet Elp Türkiyədə fəaliyyət göstərən Azərbaycan diaposr təşkilatları və bütün Türk diaspor təşkilatları ilə sıx əməkdaşlıq etdiklərini,  Azərbaycan həqiqətlərinin yayılması və təbliği istiqamətində səylərini bundan sonra daha da artıracaqlarını bildirib. O, bəyan edib ki, təşkilat indiyə qədər olduğu kimi bundan sonra da daim Azərbaycan həqiqətlərinin daha geniş yayılması istiqamətində layihələr, tədbirlər həyata keçirəcək və bu istiqamətdə işləri daha da surətləndirəcəklər. Təşkilatın rəhbəri  bu istiqamətdə görülən işlər və həyata keçirməyi planlaşdırdıqları layihələr barədə millət vəkilinə məlumatlar verib.

шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024