Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (7-02-2014, 21:19)
“Təzə Bəy”, yoxsa Heydər Babayevin hamamı ?

 

 

Yaxud vəzifəli şəxsin vəsiyyəti… 

Azərbaycanda tarixən hamamlar təkcə təmizlik və istirahət yeri olmayıb, həm də ictimai əhəmiyyət daşıyıb. Yəni bir çox ictimai-siyasi problemlər, vəzifə təyinatları hamamda öz həllini tapıb. Belə hamamlardan ən məşhuru “Təzə Bəy” hamamıdır. Neçə illərdir ki, bu məşhur hamamı Elnur və Kərim qardaşları idarə edir. Hamama gələnlərin çoxu keçmiş və indiki vəzifə sahibləridir. Tanınmış müğənnilər də “Təzə Bəy”in tez-tez qonağı olurlar.
Əslində “Təzə Bəy” hamamı deyəndə hamının gözünün önünə məşhur Məşədi İbad gəlir. Bu gününü məşədi ibadları da biznesmen məmurlardır.Buranın məşhur qonaqlarından biri də keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevdir. Onun qulluğunda həmişə Elnur durur. Mənbənin söylədiyinə görə, Heydər Babayev nazir olarkən Elnur həmişə ondan xahiş edirmiş ki, Heydər müəllim, mənə yaxşı bir yağlı vəzifə ver, nə vaxtadək hamamda işləyəcəm. Sabiq nazir də hamamçıya söz veribmiş ki, səni yanıma gətirəcəyəm. Ancaq qismət olmayıb. Mənbə onu da bildirdi ki, Heydər Babayev bir dəfə hamamda möhkəm yıxılıb zədələnib. Bu yıxılmaq vəzifədən getməyin siqnalı olub. Və Elnurun vəzifə söhbəti baş tutmayıb. Hazırda da keçmiş nazir Bakıda olanda hərdən hamama gəlir.

 

Hətta mənbə bildirir ki, Heydər Babayev sonuncu dəfə cangüdənsiz-filansız hamama gələndə Elnur deyib ki, Heydər müəllim, vaxtında mənə vəzifə versəydiniz, indi sizi “Lenini Finlandıyada qarşılayan kimi” qarşılayardım.
Hamamda xidmət haqqı digərləri ilə müqayisədə çox bahadır. Məsələn, hamamda istirahət otağı 100 manat, kisələnmək 25 manatdır. Kişi massajçı 20, qadın maşajçı 30 manata masaj edir.

Bir çaynik çay mürəbbə ilə 5 manatdır. Pedikürün qiyməti 14-16 manat, manikür isə 12-14 manat arasındadır. Bundan əlavə, “təzə bəy” otağından istifadə etmək istəyənlər 60 manatından keçməlidir. Burada bal və yağla masaj da var ki, ayrı-ayrılıqda 6 manata başa gəlir. Ayaqqabılarını təmizlətmək istəyən müştəri isə bunun üçün 3 manat ödəməlidir.
Bütün bu xidmətlər öz yerində. Ancaq “Təzə Bəy” hamamında göstərilən bir xidmət növünü eşidəndə məəttəl qaldıq. Guya vəzifəli şəxslərdən bir vəsiyyət edib ki….
Bu barədə növbəti yazıda oxuya bilərsiniz…

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024