Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (2-02-2014, 19:06)
Dövlət “tam hazırıq” dedi- Sakinlər qazsız-işıqsız qaldı

 

Qazsız-işıqsız qalan hövsanlılar küçədə ocaq qalayıb, çay qaynadırlar 

 

Bakı deyəsən şaxtalı havara tam hazır olmayıb. 

“Mediatv.az” xəbər verir ki, şəhərin mərkəzində problemlər yaşanmasa da, Bakıətrafı qəsəbələrdə sakinlər soyuqdan əziyyət çəkməli olublar. 

Abşeron rayonunun bir neçə qəsəbəsində elektrik enerjisinin və qazın verilməsində problemlər yaranıb. Suraxanı rayonunun sakinləri işıqsız və qazsız qaldıqlarını bildirirlər.

Hövsan qəsəbəsinin sakinləri hal-hazırda da qazsız və işıqsız qaldıqlarını deyirlər. Qəsəbə sakini Vahid Həsənov soyuqdan donan sakinlərin küçədə ocaq qalayıb çay qaynatdığını deyir: "Hövsan donur. Gecə yatanda işıq da vardı, qaz da. Səhər tezdən oyandıq ki, evin içində donuruq. Paltolarımızı geyinib yorğanın altına girmişik. İndi isinmək üçün küçədə ocaq qalayıb çay qaynadırıq."

Sakinlər problemin həlli üçün aidiyyatı orqanlarla telefon bağlantısı yarada bilmədiklərindən şikayətlənirlər. 

***

Sumqayıtda 5-ci və 6-cı kvartallarda qazın və işığın fasilələrlə verildiyi bildirilir. Xüsusilə də Corat qəsəbəsində vəziyyət heç də yaxşı deyil. Coratlılar qazın və işığın verilməməsindən şikayətlənirlər. 

Sakinlərin verdikləri məlumata görə, bu gecədən Sumqayıt şəhərində əhaliyə verilən təbii qazın verilməsi qəfil kəsilib. Hələlik hadisənin baş vermə səbəbləri məlum deyil. Bununla da, onsuz da elektrik enerjisindən məhrum olan minlərlə insan bütün gecəni soyuqdan donub.

Sumqayıtda yaranan problemlə bağlı Sumqayıt şəhər Qaz İdarəsinin baş mühəndisi Teymur Vəliyevlə əlaqə saxladıq. Teymur Vəliyevin verdiyi məlumata görə, gecə saat 01:00 radələrində Qaradağ magistralından Sumqayıta gedən qaz kəmərində naməlum səbəbdən nasazlıq yaranıb. Nəticədə şəhərin təbii qazla təminatında fasilələr yaranıb.

"Hadisə yerinə mütəxəssisləri göndərdik. Nasazlıq aradan qaldırılıb. Artıq Sumqayıtda təbii qazın verilişi bərpa olunub. Çalışacağıq ki, bundan sonra problem yaranmasın”, - deyə Teymur Vəliyev bildirb.

Sumqayıt şəhərinə verilən elektrik enerjisinin kəsilməsinə gəlincə, hələlik Sumqayit elektrik şəbəkəsilə əlaqə saxlamaq mümkün olmadı. Lakin verilən qeyri-rəsmi məlumatlara görə, elektrik enerjisində problemlər şaxtalı havalarla əlaqədar yaranıb. Deyilənlərə görə, tez-tez elektrik xətlərində ayrılmalar baş verir. Lakin hələlik heç kim məsuliyyəti öz üzərinə götürmək istəmir. Anspress

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024