Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (31-01-2014, 17:59)
Tanınmış ruhani azadlığda

   Əbduləziz Əzimi Qədim İran- Ermənistan əlaqələrinə etiraz etdiyi üçün tutulmuşdu

 

Azərbaycanlı milli-mədəni fəal, tanınmış ruhani Əbduləziz Əzimi Qədim Təbrizin mərkəzi zindanından azadlığa buraxılıb. Milli fəal keçən il İranla Ermənistanın əlaqələrinə etiraz etdiyinə görə yaxalanmışdı. O, bu ilin 29 yanvarında məhkumluq müddəti bitdikdən sonra  sərbəst buraxılıb.
Azərbaycanlı ruhani haqqında həbs qətimkan tədbiri 2013-cü ilin sentyabrında Təbrizin mərkəzi zindanında çıxarılmışdı. Xatırladaq ki, adını çəkdiyimiz milli-mədəni fəal ruhanilərə məxsus məhkəmədə sistemin əleyhinə təbliğ və qanunsuz yığıncaqlarda iştirak etmək ittihamı ilə 7 ay 1 gün müddətinə azadlıqdan məhrum edilmişdi.
Güneydən gələn digər xəbər isə Azərbaycan şəhəri olan Binabın əhalisinin kütləvi şəkildə başqa yerlərə köçməsi ilə bağlıdır. GünAz TV xəbər verir ki, yanvarın 30-da Binabın İran parlamentindəki millət vəkili bu şəhərin su və kanalizasiya məsələləri ilə bağlı keçirilən tədbirdə deyib ki, əgər kəndlilərin içməli suyunu təmin edə bilməsək, onların köçməsinin davamına şahid olacağıq. Məhəmməd Baqiri Binabi bildirib ki, Binabın əhalisinin yarısı kəndlərdə yaşayır və kəndlərə içməli suyun verilməməsi əhalinin köçməsinə səbəb olur. Millət vəkili sözlərinin sonunda yaxın gələcəkdə bu problemin çözüləcəyinə ümid etdiyini də vurğulayıb. Qeyd edək ki, bu kimi problemlər təkcə Binab şəhəri və onun kəndləri ilə məhdudlaşmır. Bir çox problemlərlə yanaşı yaşayış şərtlərinin ağır olması səbəbindən əhali Azərbaycan torpaqlarını tərk edib və fars bölgələrinə köçməyə məcbur qalır.
шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024