Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (13-05-2021, 16:02)
Bakıda Putin-Bayden görüşü: Buzlar əriyəcək? - TƏHLİL

Bakıda Putin-Bayden görüşü: Buzlar əriyəcək?
“Təxminən iyun ayında keçirilməsi nəzərdə tutulan Putin-Bayden görüşünün baş tutacağı şəhərlər arasında paytaxt Bakının adı getdikcə daha çox səslənməyə başlayıb. Dünyanın müxtəlif səviyyəli siyasi və iqtisadi toplantılarının keçirildiyi şəhərlərlə Bakının namizədliyinin irəli sürülməsi diqqətəlayiq hadisədir. İki nəhəng dövlətin başçılarının görüşünə ev sahibliyi etmək həm də Qarabağ cəbhəsində əsgərlərimizin qanı bahasına qazandığımız qələbənin daha da möhkəmləndirilməsinə xidmət edə biləcəyi şübhəsizdir”.

Bu sözləri BDU-nun professoru, politoloq Əlimusa İbrahimov deyib.

O, sözügedən ehtimal barədə fikirlərini “Sherg.az”la bölüşdü:

“Yüksək səviyyəli görüşlərin keçirilmə məkanı kimi Azərbaycan özünü təsdiq edib. Hətta ABŞ-ın nüfuzlu “Politico” nəşri istisna etmir ki, ABŞ və Rusiya prezidentlərinin mötəbər görüşü Azərbaycanda baş tuta bilər. Niyə də olmasın?! Bakıda bir neçə dəfə NATO və Rusiya baş qərargah rəislərinin toplantısı ən yüksək səviyyədə, təhlükəsizlik təmin edilməklə təşkil olunub. Çox yüksək səviyyəli beynəlxalq forumlara ev sahibliyi etmək təcrübəsi isə Azərbaycanda yetərincədir. Təbii ki, yerin seçilməsini həm də hər iki dövlət başçısı razılaşdırmalıdır. Həmin prezidentlər də görüşün keçirilməsi məkanının seçilməsinə siyasi hadisə kimi baxırlar. Deməli, Putin- Bayden görüşünün Bakıda keçirilməsi Amerika və Rusiyaya bəzi dividentlər gətirə bilər. Bildiyimiz kimi, Bayden ermənilərə tərəf addım ataraq onların uzun zaman arzusunda olduğu heç bir hüquqi əhəmiyyət kəsb etməyən kəlməni dilə gətirdi. Bununla o, Türkiyə ilə ABŞ arasında yetərincə gərgin olan münasibətləri daha da tarıma çəkdi. Onun bu addımı Azərbaycanda da nifrətlə qarşılandı. Azərbaycanın həmin kəlmədən sonra yaranan haqlı narazılığını yumşaltmaq üçün Bayden administrasiyası 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan 907-ci düzəlişin fəaliyyətini dayandırdı. “Politico” yazır ki, Baydenin Bakıya səfəri böyük ehtimalla Ermənistanı, həmçinin erməni əsilli amerikalıları narahat edəcək: “Bayden bu yaxınlarda 20-ci əsrin əvvəllərində baş verən ”erməni soyqırımı"nı rəsmi olaraq tanıyaraq bu icmanın əksəriyyətini sevindirdi".

Ə. İbrahimov görüşün ölkəmizdə baş tutmasının qonşu dövlətlərə təsirindən də söz açdı:

“Türkiyə ilə münasibətlərin normallaşdırılması Bayden hökumətinin qarşıya qoyduğu prioritetlərdəndir. Bu sahədə ABŞ-ın ciddi addımlar atması zərurətini Ağ Evdə hamıdan yaxşı başa düşürlər. Amma Türkiyə ilə yaxınlaşma Baydendən hələ cürət edə bimədiyi, Kürd dövləti yaratmaq fikrindən əl çəkmək, Türkiyə-Rusiya münasibətlərinin indiki səviyyəsini qəbul etmək kimi güzəştlər də tələb edir.

Belə olan halda Bayden tərəfindən Putinlə görüş məkanı kimi Bakının seçilməsi Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində addım olmazdımı?

Düşünürəm ki, Baydenin bu seçimi Türkiyə tərəfindən yüksək qiymətləndirilə və iki ölkə arasında “buzların əriməsinə” səbəb ola bilərdi. Azərbaycanın Rusiyanın xarici siyasətində böyük əhəmiyyətə malik olması heç kimə sirr deyil. Bakıda keçiriləcək görüş dünya dövlətləri arasında Rusiyanın da nüfuzunun artmasına xidmət edəcək. Axı Azərbaycan görüşün təhlükəsizliyinin təmin olunması baxımdan daha da etibarlı məkandır. Qeyd olunan görüşün Azərbaycanda keçiriləcəyi ehtimalında ermənilərdə yaranan isterikaya gəlincə, bu, boşboğazlıqdan başqa bir şey deyil.

Dünyanın heç bir dövlətində erməni dəllalları ciddi qəbul olunmur. Onlar son yüz ildə böyük dövlətlər üçün taktiki siyasi gedişlər zamanı istifadə edilməkdən başqa əhəmiyyət kəsb etmirlər”.
шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024