Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (21-01-2021, 11:00)
Putinlə Baydenin görüşü nə vaxt baş tutacaq?


Putinlə Baydenin görüşü nə vaxt baş tutacaq?


Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ-ın yeni Prezidenti Co Baydenin 2021-ci ildə baş tutacaq hər hansı bir görüşü digər faktorlarla yanaşı dünyadakı epidemioloji vəziyyətdən də asılı olacaq.

“Mediatv.az” xəbər verir ki, bu barədə Rusiyanın Vaşinqtondakı səfiri Anatoliy Antonov “RİA Novosti”yə müsahibəsində bildirib.

“Pandemiya şəraitində üz-üzə görüşlərin davam etdirilməsinin perspektivləri barədə danışmaq hələ ki, çətindir. Siyasi təmaslar cədvəlinin formalaşmasının epidemioloji vəziyyətin normallaşmasından asılı olacağı, həmçinin bu cür görüşlərin məzmununa, çoxtərəfli tədbirlər çərçivəsində ünsiyyət imkanlarına bağlı olacağı faktından çıxış edirik”,- deyə rusiyalı diplomat qeyd edib.


Antonov əlavə edib ki, istənilən halda bütün planlar ABŞ-ın yeni rəhbərliyi ilə müzakirəyə və razılığa tabedir.

Qeyd edək ki, daha əvvəl Ağ Evin mətbuat katibi Cen Psaki ABŞ və Rusiya Prezidentləri arasında telefon danışığının hələ planlaşdırılmadığını, Baydenin ilk əlaqələrini ”tərəfdaşlar və müttəfiqlər” ilə aparmağı planlaşdırdığını bildirib.

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024