Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (19-01-2021, 12:18)
ABŞ qoşunlarını daha bir ölkədən çıxardı


ABŞ qoşunlarını daha bir ölkədən çıxardı


ABŞ qoşunları Prezident Donald Trampın göstərişindən təxminən bir ay yarım sonra Somalidən tamamilə geri çəkilib. 

Mediatv.az xəbər verir ki, ABŞ Afrika Komandanlığının (AFRICOM) sözçüsü Kris Karns Somalidəki 700 hərbi qulluqçunun qonşu Keniya və Cibuti kimi digər Afrika ölkələrinə aparıldığını qeyd edib. 

Karns yeni Prezident seçilən Co Baydenin geri çəkilmə qərarını ləğv edib-etməyəcəyi ilə bağlı suallar ətrafında fikir yürütməyin doğru olmayacağını qeyd edib. Qeyd edək ki, ABŞ hərbi qüvvələrinin geri çəkilməsi barədə qərar Prezident seçkilərindən bir neçə həftə əvvəl verilmişdi.
Donald Tramp 2020-ci ilin dekabrında Somalidəki əksər Amerika qoşunlarının 2021-ci ilin əvvəlinə qədər çıxması barədə əmr imzalamışdı. Trampın geri çəkilmə qərarına baxmayaraq, ABŞ ordusu Somalidə terror təşkilatı “Əş-Şəbab”a qarşı hava əməliyyatlarını davam etdirib.

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024