Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (7-07-2020, 12:05)
Gürcüstanda hovuzlar və idman zalları açılır

 Gürcüstan hökümətinin planına əsasən, pandemiya səbəbiylə ölkədə tətbiq olunan məhdudiyyətlərin götürülməsinin son mərhələsində idman salonları və hovuzlar açılacaq.

Mediatv.az "Sputnik Georgia"ya istinadən xəbər verir ki, Gürcüstanda hovuz və idman zalları əmək müfəttişliyindən keçdikdən sonra yenidən işə başlayaca biləcəklər. Bu barədə Hökumətlərarası Koordinasiya Şurasının iclasından sonra hökumətin sözçüsü İrakli Çikovani açıqlama verib. O bildirib ki, bu gün Əmək Müfəttişliyi İdarəsi hovuz və idman salonlarının sahibləri üçün qaydaları elan edəcək. Yoxlamalardan keçən obyektlər dərhal işə başlaya biləcəklər.
Daha əvvəl Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının müdiri Tengiz Tsertsvadze koronavirusun yayılması baxımından izdihamlı yerlərin hovuz və idman salonlarından daha təhlükəli olduğunu bildirmişdi.
Qeyd edək ki, Gürcüstanda koronavirus pandemiyası səbəbiylə tətbiq olunan bəzi məhdudiyyətlər bu gündən etibarən ləğv olunur. Xüsusilə, qapalı məkanlarda treninqlər və konfransların keçirilməsi, peşə təhsil müəssisələrinin fəaliyyəti və açıq hava attraksionlarının  istifadəsinə icazə veriləcək.шаблоны для dle 11.2

Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024