Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (14-02-2019, 18:30)
Erməni generala qarşı yeni ittihamlar: oğlu axtarışa verildi

Ermənistan xüsusi istintaq orqanı sabiq deputat və “Yerkrapa”nın rəhbəri Manvel Qriqoryan və həyat yoldaşı Nazik Amiryanla bağlı araşdırmaları yekunlaşdırıb, generalın oğlu axtarışa verilib.
Bununla bağlı Ermənistan xüsusi istintaq orqanının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, araşdırmalar zamanı Qriqoryana qarşı yeni ittiham irəli sürülüb. Qanunsuz silah saxlama və hərbçilər üçün ərzaqların qanunsuz yolla ələ keçirilməsindən başqa, o, külli miqdarda vergidən yayınma, dövlət vəsaitini xərcləmə, külli miqdarda dələduzluq maddələri ilə ittiham olunur.
İttihama əsasən, Qriqoryan həyat yoldaşı, oğlu və digər şəxslərlə birlikdə Arşaluys, Eçmiədzin və Azərbaycanın işğal altındakı Qarabağ bölgəsində yerləşən evlərinə silahlar, partlayıcı maddələr və sursatlar gətirib.
2018-ci il iyunun 16-19-da aparılan araşdırmalar zamanı həmin evlərdən “THOMPSON 1928 A1” pulemyotu, “Тигр” avtomat tüfəngi, “MP-446 Викинг” və “Beretta 92FS” tapançaları, 5,6 millimetr kalibrli əldəqayırma tüfəngi, 20 min güllə, 30 qumbara, 26 ədəd “UZRQM-2” partlayıcı, “RPQ-7V” qumbaraatanı, 30 detanator və digər silah və hərbi sursatlar götürülüb.
Bundan başqa, Qriqoryan “Yerkrapa”dakı vəzifəsindən istifadə edərək, oğlu Arman Qriqroyan və arvadının adına 100 milyon dramdan çox (təxminən 203 min 770 dollar – red.) əmlak keçirib.
Eyni zamanda, aprel müharibəsi zamanı Müdafiə Nazirliyi tərəfindən “Yerkrapa”ya ərzaq və geyim göndərilib.
General və ailə üzvlərinin evlərindən aşkarlanmış maşınlar: “Uaz Hunter”, “Uaz Hunter 2.7”, iki ədəd “Uaz Pickup”, “Uaz 374195-05”, “Uaz 39625”, “Uaz 390945”, “Uaz 3163-105-30”.
Bundan başqa, Qriqoryan və Qarabağda arvadına məxsus evlərdən birindən 13 milyon dram (təxminən 26 min 500 dollar) dəyərində mallar aşkar edilib.
Qriqoryan vəzifə səlahiyyətlərindən istifadə edərək, 1,23 milyard dram (təxminən 2 milyon 507 min dollar) dəyərində vergidən yayınıb.
Ancaq bu, son deyil. 2013-2018-ci illərdə Qriqoryan Ermənistan təhsil və müdafiə nazirlikləri tərəfindən “Yerkrapa”ya ayrılmış 1,26 milyard dram (təxminən 2 milyon 567 min dollar) maliyyəni şəxsi məqsədləri üçün istifadə edib.
M.Qriqoryan və N.Amiryanın işi ilə bağlı araşdırmalar başa çatıb, ittiham aktı məhkəməyə təqdim edilib.
шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024