Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (8-02-2019, 16:00)
Venesuela: ABŞ-ın ilk humanitar yardım yükü Kolumbiyaya çatıb

Venesuelaya göndərilən ilk humanitar yardım yük maşınları Kolumbiya ilə sərhəd olan Kukuta şəhərinə çatıb.
İki böyük yük maşını və yeddi ədəd nisbətən kiçik yük maşını Tyenditas beynəlxalq körpüsünə çatıblar, lakin Venesuela rəhbərliyi körpünü gəmi konteynerləri və yanacaq tankeri ilə blok edib.
Bu barədə Theguardian.com məlumat verir.
Maduro Venesuelada humanitar böhranın mövcud olduğunu inkar edir və administrasiya üzvləri yardım göndərilməsini ölkədə stabilliyin pozulmasına qarşı yönəlmiş xarici təxribat olaraq dəyərləndirir.
Bir qrup nümayişçi toplanaraq humanitar yardım yük maşınlarını qarşılamağa gedib. Onlar əllərində “Maduro istefa”, “Ən yaxşı humanitar yardım bizi Nikolas Maduro adlı xərçəngdən xilas etməkdir” kimi yazılar yazılan plakatlar tutublar.
Donald Trampın Venesuela siyasətini tənzimlənməsində fəal rol oynayan ABŞ senatoru Marko Rubio “Twitter”də yazıb:
“50 tondan çox humanitar yardım ABŞ-dan Kolumbiyaya çatdırılıb. Venesuelanın hərbi liderlərinin Madurodan sonrakı gələcəyi onların bu yardımı insanlara çatdırıb-çatdırmamasından asılıdır”.  
Birləşmiş millətlər xroniki qida və dərman çatışmazlığı, dağılmaqda olan səhiyyə və nəqliyyat sistemləri və iqtisadiyyatın tənəzzülü səbəbindən 2015-ci ildən sonra təqribən üç milyon nəfərin ölkəni tərk etdiyini bildirir. Həmçinin, hər gün çox sayda venesuelalı qaçqın Kolumbiyaya köç etməkdə davam edir.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024