Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (29-01-2019, 22:20)
Ermənistanda keçmiş nazir axtarışa verilib

 Ermənistanda keçmiş təbiəti mühafizə naziri Aram Arutyunyan axtarışa verilib.
Mediatv.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, A.Arutyunyan Ermənistan cinayət məcəlləsinin 311-ci maddəsinin 4-cü hissəsinin iki bəndinə (vəzifəli şəxsin böyük məbləğdə rüşvət alması və rüşvət verən şəxsin lehinə qanunsuz hərəkət etməsi və ya hərəkətsizliyi) və 190-cı maddəsinin 3-cü hissəsinin 1-ci bəndinə əsasən (qeyri-qanuni yolla əldə edilmiş gəlirlərin qanuniləşdirilməsi) təqsirli bilinir.
İttihama əsasən, 8 iyun 2017-ci ildə, Ermənistan təbiəti mühafizə naziri vəzifəsini icra edərkən A.Arutyunyan sahibkar Silva Ambarsumyandan 14 milyon dollar məbləğdə rüşvət alaraq bunun müqabilində əlvan metal yataqlarının tədqiqi və işlənilməsi üçün lisenziya verib.
Bu məbləğdən altı milyon dollar keçmiş nazirin yaxınları vasitəsilə nağd pul şəklində çatdırılıb.  
Rüşvətin qalan hissəsi, yəni səkkiz milyon dolları BƏƏ-də açılan müxtəlif hesablara A.Arutyunyanın dostlarının etdiyi köçürmələr yolu ilə əldə edib.
Məbləğin real mənbəyini gizlətmək məqsədilə o, vəsaitləri İsveçrədə beynəlxalq təşkilatın bank hesabına köçürüb. A.Arutyunyan bu hesabdan müntəzəm olaraq onunla yaxın münasibətlərdə olan bir şəxsə aid olan Ermənistandakı bir şirkətin hesabına pul köçürüb.
Eyni zamanda, istintaq A.Arutyunyana aid olan mülklər, mənzillər, Yerevanda yaşayış kompleksi, restoran, torpaq sahələri və 1,5 milyon dollar pul vəsaiti aşkar edib.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024