Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (16-12-2018, 12:00)
Ermənistanda sonuncu rusdilli veriliş bağlanır

 Ermənistanda sonuncu rusdilli telelayihə olan “Nə? Harada? Nə vaxt?” intellektual oyunu bağlanacaq. Növbəti mövsümdən etibarən veriliş erməni dilində yayımlanacaq.
Mediatv.az  Lenta.ru-ya istinadən bildirir ki, bu haqda dekabrın 14-də ölkənin təhsil və elm naziri vəzifəsini icra edən Araik Arutunyan “Facebook” sosial şəbəkəsində bildirib.
“Hakimiyyət verilişə 17 milyon dram ayıracaq. Mən oyun rus dilində keçirildiyinə görə dəfələrlə onun təşkilatçılarını tənqid etmişəm”, - deyə məmur yazıb.
O əlavə edib ki, televiziya yayımları izləyicilər arasında sevilir və bu şou uğurlu alınan şoulardan biridir.
“Nə? Harada? Nə vaxt?” intellektual şousu 4 sentyabr 1975-ci ildən etibarən əvvəlcə sovet, sonra isə Rusiya televiziyasında yayımlanır. “İntellektual kazino” konsepsiyasına əsasən, iştirakçılar (bilicilər) komandalara bölünürlər və masa arxasında oturub tamaşaçıların suallarına cavab verməklə pul qazanırlar.
Komanda finalda qalib gəldiyi təqdirdə ən yaxşı iştirakçı “Billur bayquş” və pul mükafatı ilə təltif olunur. İştirakçılar məğlub olduqları təqdirdə isə mükafat sualı göndərən tamaşaçıya göndərilir.
шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024