Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya / Gündəm (11-12-2018, 11:30)
Makron fransız xalqına söz verdi

 Fransa prezidenti Emmanuel Makron kütləvi etirazlar fonunda vətəndaşlara bir sıra vədlər verib.
Mediatv.az  BBC-yə istinadən xəbər verir ki, fransız dövlət başçısı minimum əməkhaqqını artıracağını və bir sıra vergi güzəştlərinin tətbiq olunacağını bəyan edib.
Yanacaq qiymətinin qalxması, yaşayış xərclərinin artması və digər sosial-iqtisadi problemlər Fransanı dörd həftəyə yaxın davam edən kütləvi etiraz dalğasına sürükləyib.
Yerli telekanal vasitəsilə xalqa səslənən Makron toqquşmalarda yaşanan zorakılıq hallarını pisləsə də, etirazçıların hiddətinin “dərin və müəyyən mənada legitim” olduğunu etiraf edib.
“Minimum aylıq əməkhaqqını 2019-cu ilə kimi 100 avro artıracağıma söz verirəm”, - deyə Makron bildirib.
Bundan başqa, o, aşağı gəlirli vətəndaşlardan tutulan verginin məbləğində planlaşdırılan artımın ləğv olunacağını, “overtaym”lara (standart iş saatından əlavə işə görə ödənilən məbləğ) görə gəlir vergisinin tutulmayacağını vəd edib.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 01 2019
22 01 2019
22 01 2019
22 01 2019
22 01 2019
22 01 2019
22 01 2019
22 01 2019
22 01 2019
22 01 2019
22 01 2019
22 01 2019
22 01 2019
22 01 2019
21 01 2019
21 01 2019
21 01 2019
21 01 2019
21 01 2019
21 01 2019
21 01 2019
21 01 2019
21 01 2019
21 01 2019
21 01 2019
21 01 2019
21 01 2019
21 01 2019
21 01 2019
21 01 2019

{sape_links}{sape_article}