Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (9-12-2018, 12:30)
Tereza Mey “Brexit” sazişi üzrə səsverməni təxirə sala bilər

 Britaniyanın baş naziri Tereza Mey “Brexit” şərtləri ilə bağlı artıq hökumətlə razılaşdırılmış saziş üzrə İcmalar Palatasında üzümüzə gələn çərşənbə axşamı planlaşdırılan prinsipial səsverməni, gözlənildiyi kimi daha gec müddətə təxirə sala bilər.
Mediatv.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentliyin məlumatına görə, hökumət üzvləri və köməkçilərin gözləntilərinə görə, Mey nəzərdə tutulmuş səsverməni təxirə salacağını bazar günü elan edəcək.
Bir çox siyasətçi və ekspertlərin fikrincə, onun parlamentin aşağı palatasında praktiki olaraq deputatların əksəriyyətinin dəstəyini qazanmaq üçün heç bir şansı yoxdur.
Hökumətdə güman edirlər ki, sövdələşmə əleyhdarlarının səsvermə zamanı üstünlüyü o qədər əhəmiyyətli ola bilər ki, bu, indiki tori hökumətinin süqutuna gətirib çıxara bilər.
Belə vəziyyətdə baş nazir sonuncu dəfə Aİ rəhbərlərindən London üçün birlikdən “ayrılmaq”la bağlı ən yaxşı sövdələşmə şərtləri tələb etmək üçün gələn həftə Brüsselə yollanacaq.
Bundan əvvəl Britaniya müdafiə nazirinin şəxsi parlament katibi “Brexit” sazişinə etiraz əlaməti olaraq istefa verib.
шаблоны для dle 11.2

Xəbər lenti
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
17 03 2024
17 03 2024
17 03 2024
17 03 2024