Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya / Slayd (16-07-2014, 16:57)
Diktator ölkəsinin qəribəlikləri - Siyahı

Şimali Koreyanın beynəlxalq aləmdən təcrid olunduğu haqda hər kəsin məlumatı var

 

Amma bu ölkənin daxilində baş verənlərin detallarından heç də hamı xəbərdar deyil. 
Şimali Koreya ilə bağlı bir sıra maraqlı faktları təqdim edirik:
1. Şimali Koreyada marixuana qanunidir, hətta dərman kimi müxtəlif növlərə də bölünür.
2. 1962-ci ildə amerikalı əsgər sərhəddən qaçaraq Şimali Koreyaya gəlib və bu gün də orada yaşayır.
3. Şimali Koreya dünyada yeganə ölkədir ki, ABŞ-ın hərbi dəniz donanmasına məxsus gəmini hələ də əsirlikdə saxlayır.
4. Şimali Koreyalılar üçün indi 2014-cü il deyil. Onlara görə 102-ci ildir. Səbəb isə Şimali Koreyanın yaradıcısı saydıqları Kim Ir Senin 102 yaşının olmasıdır.
5. Şimali Koreya 2009-cu ildən bəri rəsmi olaraq kommunist ölkəsi sayılmır. Artıq indiki ideologiya "çuçe” adlanır.
6. Təxminən iyirmi ildir ki, dünyanın ən hündür oteli Şimali Koreyanın paytaxtında yerləşən 105 mərtəbəli piramida formalı "Ryugyong”dur.
7. 2012-ci ildə Şimali Koreya arxeoloqları dünyaya təkbuynuzlu atın yuvasını tapdıqlarını elan ediblər. Şimali Koreyalılara görə, həmin at 2000 il əvvəl Koreyanın əfsanəvi kralı Tongmyung tərəfindən çapılırmış.
8. Şimali Koreyada 51 sosial kateqoriya var. Bu, onların rejimləri tərəfindən sədaqətlilik sıralamasıdır.
9. Şimali Koreyada 28 saç stili var ki, hər kəs saçlarını o formaya salmalıdır.
10. Şimali Koreyanın qurucusu Kim Ir Sen doğum günü "Titanik”in batdığı günə təsadüf edir.
11. Son 60 ildə Şimali Koreyadan Cənubi Koreyaya 23 min insan mühacirətə gedib. Amma Cənubi Koreyadan Şimali Koreyaya cəmi 2 nəfər gəlib.
12. Ölkənin hazırkı prezidenti Kim Çen In 5 yaşında olanda qardaşını üzgüçülük hovuzunda öldürüb.
13. 1978-ci ildə Cənubi Koreyalı kinorejissor Çin Sanq Ok qaçırılaraq, Şimali Koreyaya aparılıb. Ona güc tətbiq edərək, Şimali Koreya üçün film çəkdiriblər. Həmçinin sosialistlər üçün saxta "Godzilla” filmi çəkdiriblər.
14. Şimali Koreyada savadlılıq dərəcəsi 99 faizdir. Bu da ABŞ və Böyük Britaniyanın səviyyəsilə eynidir. Bu məsələdə Italiya, Ispaniya, Çin, Braziliya və Hindistanı qabaqlayır.
15. Hər evdə dövlət tərəfindən nəzarət olunan radiolar var. Bildirilir ki, bu radioların səsinin azaltmaq olar, lakin söndürmək olmaz.
16. Şimali Koreyanın təbliğat üsullarından biri budur ki, Kim Çen Irin doğum günündəÿ səmada ulduz işıqlandırırlar, fəsilləri dəyişirlər, 2 tərəfli göyqurşağı yaradırlar. Kim Çen Irin rəsmi bioqrafiyasında göstərilib ki, o, heç vaxt tualetdən istifadə etməyib.
17. 2005-ci ildə Şimali Koreyada orta əməkhaqqı 6 dollar idi.
18. Elektrikə qənaət olsun deyə, yolların çoxunda işıqforlardan yox, nəqliyyatı idarə edən qadınlardan istifadə olunur.
19. Şimali Koreyada əhalinin 0.85 faizi tutularaq, cəzaçəkmə müəssisələrində, həbs düşərgələrində saxlanılır.
201. Şimali Koreyada əhalinin çoxu bilmir ki, artıq aya da ayaq basılıb.
21. Bütün problemlərin hamısının səbəbini amerikalılarda görürlər. Analar uşaqları doğulandan onlara "Amerika pisdir, Amerikan imperializminə ölüm” kimi mahnılar oxuyurlar.
22. Şimali Koreyada yalnız hərbçilər və dövlət işçilərinin özlərinin motorlu nəqliyyat vasitəsi ola bilər.
23. Şimali Koreyada həftədə 6 gün iş günüdür və yeddinci gün isə könüllü kimi işləməlisən.
24. Kim Çen Inın rəsmi bioqrafiyasında yazılıb ki, o, doğulduqdan 3 həftə sonra gəzməyi öyrənib, 8 aylığında isə danışırmış. Kim Çen In universitetdə oxuduğu zaman isə 1500 kitab yazıb.
25. Şimali Koreyada "araşdırmalara” görə, Şimali Koreya dünyada Çindən sonra 2-ci xoşbəxt ölkədir.
26. Şimali Koreyada savadlılıq "Kim Ir Sen” yazısını yazmaq bacarığı ilə müəyyən olunur.
27. Şimali Koreyanın konstitusiyasında yazılıb: "Şəhər sakinlərininÿnitq, mətbuat, toplaşmaq, nümayiş keçirmək, şəriklilik azadlıqları var”.
28. 1970-ci ilə kimi Şimali Koreya iqtisadiyyatı Cənubi Koreya iqtisadiyyatından daha geniş həcmli idi. Bu gün isə Cənubi Koreyanın ÜDM-nin 2,5 faizi həcmindədir.
29. Şimali Koreyada hər 5 ildən bir seçkilər keçirilir. Amma seçki bülletenində yalnız 1 namizəd olmalıdır.
30. Şimali Koreyada internet istifadəçilərinin sayı cəmi 605 nəfərdir.
31. Şimali Koreya öz əhalisini Rusiyanın işçi düşərgələrinə satır
шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024