Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (4-11-2018, 20:42)
“ABŞ İranla yeni razılaşma üçün açıqdır” - Tramp

“Birləşmiş Ştatlar İranla yeni bir müqavilə bağlamağa hazırdır. Bu müqavilə, Tehranın nüvə silahı əldə etməsinə heç vaxt icazə verməyən və bu ölkənin bütün xoşagəlməz qərarlarını əhatə edir”. Musavat.com-un xarici qaynağa istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Donald Tramp İrana qarşı sanksiyaların ikinci dalğasının başlaması ərəfəsində bəyan edib.

Ağ Ev başçısının sözlərinə görə, ABŞ İranın nüvə silahına olan yolunu sonsuzadək bağlayacaq, Tehranın “xoşagəlməz qərarlarının bütün spektrinə cavab verəcək yeni bir müqavilə bağlananadək tarixi sanksiyalar qüvvədə qalacaq”.

“Biz İran rejiminin nüvə ambisiyalarından imtina etməsinə, dağıdıcı davranışını dəyişdirməsinə, öz xalqının hüquqlarına hörmət etməsinə və dürüst danışıqlara dönməsinə çağırırıq. Biz bu işdə müttəfiqlərimizin dəstəyinə güvənirik”, – deyə Amerika lideri qeyd edib.

Qeyd edə ki, mayın 9-də ABŞ prezidenti Vaşinqtonun 2015-ci ildə İranın nüvə proqramı ilə bağlı “altılar” səviyyəsində imzalanmış müqavilədən çıxdığını bəyan edib. Həmin sənəd BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarını, ABŞ və Avropa Birliyi tərəfindən tətbiq edilən birtərəfli məhdudlaşdırma tədbirlərini aradan qaldırır.

Tramp isə yalnız əvvəlki sanksiyaların qaytarılması üçün deyil, həm də yenilərinin tətbiqinə söz vermiş, bu istiqamətdə Dövlət Departamenti Vaşinqtonun İranın neft ixracından əldə etdiyi gəlirləri azaltma yönündə niyyətini açıqlamışdı.

ABŞ sanksiyalarının birinci hissəsi avqustun 7-də tətbiq edilməyə başlayıb. Bu məhdudlaşdırıcı tədbirlər xüsusilə İranın avtomobil sektoru, qızıl ticarəti və bir sıra qiymətli metalları əhatə olunur. Qalan sanksiyalar, o cümlədən İran neft sektoruna qarşı sanksiyalar, noyabrın 5-dən qüvvəyə minəcək.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024