Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (20-09-2018, 20:00)
Kuznetsov: Ermənilərin qəhrəmanı Njde Hitleri təbliğ edib

Kuznetsov: Ermənilərin qəhrəmanı Njde Hitleri təbliğ edib

 

Bu gün Ermənistanda qəhrəman kimi təqdim olunan Qareqin Njdenin Hitlerin nasist ideologiyasının tərəfdarı olması ilə bağlı danılmaz sübutlar var. 

Mediatv.az  xəbər verir ki, bu fikirləri Bakıda mətbuat konfransı keçirən rusiyalı tarixçi, qafqazşünas, hüquqşünas Oleq Kuznetsov deyib.

O, “KQB” arxivlərində Njdenin həyat və fəaliyyəti haqqında məxfi sənədlər tapıb. 

Tarixçinin sözlərinə görə, sənədlər arasında bir fakt onun diqqətini çəkib. Bu sənəddə Njdenin sitatları yer almışdı:

“Nəhayət, hərəkət etməyi Hitlerdən öyrənmək lazımdır”.

“Njdenin böyüyən nəslə Hitlerdən öyrənməklə bağlı çağırışı o zaman üçün məlahətli səslənirdi. Başqa sözlə desək, Njde Hitlerin yəhudilərin başına gətirdiklərini misal gətirərək, ermənilərin türklərə və ümumilikdə, müsəlmanlara qarşı eyni hərəkət etməsi ilə bağlı çağırış edib.

Qısası, bu, onun üçün yeni deyildi, o, dörd müharibədə bu praktikadan uğurla istifadə etmişdi”, - Kuznetsov deyib. 

Ekspertin fikrincə, Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının daxili işlər xalq komissarlığının dövlət təhlükəsizliyi idarəsinin 1935-ci il aprelin 7-nə aid olan 138 saylı sənədindən görünür ki, Njdenin formullarında erməni milliyyətçiliyi birmənalı formada Zaqafqaziya təhlükəsizlik orqanlarında faşizm kimi şərh olunurdu. 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024