Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (20-09-2018, 19:30)
KTMT Ermənistanın tərəfində durmaqdan imtina etdi

KTMT Ermənistanın tərəfində durmaqdan imtina etdi

 

Yerevan tərəfindən heç bir müraciət olmayıb və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) tərəfindən güc tətbiq olunmasından söhbət gedə bilməz.

Mediatv.az  “Sputnik Azərbaycan”a istinadla xəbər verir ki, bu fikirləri KTMT-nin birləşmiş qərargahının rəisi, general-polkovnik Anatoli Sidorovdeyib. 

Sidorov bu fikirlərini Moskva-Yerevan-Minsk-Bişkek-Astana videokörpüsü zamanı Azərbaycan tərəfinin Ermənistanın Tavuş bölgəsini atəşə tutmasına KTMT-nin reaksiyası ilə bağlı suala cavab verərkən deyib. 

Dünən Ermənistan mətbuatı məlumat yayıb ki, Tavuşda Azərbaycanla sərhəddə Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu ölüb. 

“Bu gün münaqişə tərəfləri bu məsələni özləri həll etməlidirlər”, - general Sidorov deyib. 

Onun sözlərinə görə, Ermənistan tərəfindən KTMT-yə heç bir müraciət olmayıb. O əlavə edib ki, bu şərtlər altında KTMT-nin güc tətbiqindən söhbət gedə bilməz. 

Sidorov ümid etdiyini bildirib ki, münaqişə tərəfləri özləri bu məsələnin sülh yolu ilə həllini tapacaqlar. 

шаблоны для dle 11.2

Xəbər lenti
19 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
17 03 2024
17 03 2024
17 03 2024