Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (18-09-2018, 18:00)
Şahzadənin xanımı müsəlman qadınlarla mətbəxdə

Şahzadənin xanımı müsəlman qadınlarla mətbəxdə

 

İngiltərə Şahzadəsi Harri ilə evli olan Susseks hersoginyası Meqan Markl müsəlman qadınlarla birlikdə yemək bişirib.

Mediatv.az  publika-ya  istinadən xəbər verir ki, Meqan 14 iyun 2017-ci ildə Londonda "Grenfell Tower"də baş vermiş yanğında ölən 72 nəfərin ailələrinə dəstək üçün müsəlman qadınlarla birlikdə nahar hazırlayıb.

Məlum olub ki, Şahzadə xanımı yanvar ayından etibarən Müsəlman Cəmiyyətin evinə bir neçə dəfə gizlicə gedərək "Grenfell Tower" üçün hazırlanan yemək kitabına şəxsən öz töhfələrini verib. Meqan Markl kitabın müqəddiməsində cəmiyyətin yeməkxanasını "Hubb Community Kitchen - birlikdə gülən, kədərlənən, ağlayan və yemək bişirən qadınların yeridir. Burada mədəni milliyyət bir damın altında birləşir və hər kəsin özünü rahat hiss edə biləcəyi guşə yaradılır. "Hubb Community Kitchen"-də hamı birləşməyə və ünsiyyətə ümumi ehtiyacı hiss edir, həmçinin birlikdə yemək hazırlama prosesində sevincləri və uğursuzluqları bir-biri ilə paylaşmağı öyrənirlər".

Hazırlanan yemək kitabı yanğın qurbanlarının ailələrinə dəstək vermək üçün nəşr olunub. Könüllülərin hazırladığı kitabın adı "Together: Our Community Cookbook" (Birlikdə: İcmamızın Yemək kitabı" adlanır. Cümə günü satışa çıxarılacaq kitabın satış qiyməti 9,99 Funt Sterlinq olacaq.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024