Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (17-09-2018, 11:10)
Ərdoğan Putinlə görüşdən gözləntilərini açıqladı

Ərdoğan Putinlə görüşdən gözləntilərini açıqladı

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İdlib probleminin Rusiya və koalisiya ilə həllinin tərəfdarıdır və Rusiya prezidenti Vladimir Putinlə müsbət dialoqa ümid edir. 

Mediatv.az  NTV telekanalına istinadla xəbər verir ki, bunu Ərdoğan təyyarədə Azərbaycan səfərində onu müşayiət edən jurnalistlərə açıqlamasında deyib. 

“Tehran sammiti zamanı Putinin məsələyə daha müsbət yanaşmasını gördüm. İstəyirəm ki, o, bundan sonra da bu yanaşmanı davam etdirsin”, - o bildirib. 

Ərdoğan əlavə edib ki, İdlib probleminin həllini ABŞ-ın rəhbərlik etdiyi koalisiya və Rusiya ilə tapmaq lazımdır.

“Biz yenə də Putinlə Suriya və İdlibi müzakirə edəcəyik. Əgər vəziyyət belə davam etsə, nəticə çox ağır olacaq. Bunun qarşısını almaq üçün Rusiya və koalisiya ilə qərar verməliyik”, - o qeyd edib. 

Türkiyə prezidenti deyib ki, onun ölkəsinin ABŞ-la Suriya məsələsində fikir ayrılığı var. 

Türkiyənin İdlib problemi ilə bağlı baxışına toxunan Ərdoğan Rusiyaya terrorçulara qarşı birgə fəaliyyət aparmağı təklif edib.

Rusiya və Türkiyə prezidentləri bu gün Soçidə bir araya gələcək.

шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024