Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (22-09-2018, 20:18)
9/11: Müharibələrin başlanğıc nöqtəsi - MARAQLI FAKTLAR

9/11: Müharibələrin başlanğıc nöqtəsi - MARAQLI FAKTLAR

 

İkinci Dünya Müharibəsindən sonra bəşəriyyətin ən dəhşətli faciəsi olan 2001-ci il 11 sentyabr hadisələri bütün dünyanı sarsıtdı. 

Mediatv.az  xəbər verir ki, o vaxtdan 11 sentyabr dəhşətin, qorxunun, köməksizliyin işarəsi olub. 

17 il əvvəl həmin gün 19 terrorçu (Misir, Səudiyyə Ərəbistan, BƏƏ və Livan vətəndaşları) dörd sərnişin təyyarəsini ələ keçiriblər. Təyyarələrdən ikisi Nyu-Yorkdakı ümumdünya ticarət mərkəzinin iki göydələninə yönəldilib, üçüncü layner isə Pentaqonun binasına çırpılıb. Dördüncü təyyarə isə Pensilvaniyada boş əraziyə düşüb.  

2977 nəfər terror aktlarının qurbanı oldu (19 terrorçu bura daxil deyil): təyyarələrin 246 sərnişini və ekipaj üzvləri, ticarət mərkəzi və ətrafında 2606 nəfər, 125 nəfər Pentaqonun binasında öldülər. Ümumilikdə, ölənlər ABŞ və 91 ölkə vətəndaşları olublar. 

Teraktların nəticələri faciəvi oldu: terrorçuluğa qarşı ümumi mübarizə, bəzi ölkələri xarabalığa döndərən ABŞ-ın sonsuz hərbi kampaniyası. 

“Sui-qəsd nəzəriyyəsi”

Vaşinqton üçün teraktların “sərfəli nəticələri” xeyli sayda alternativ versiyalar yaradıb. Faciənin araşdırılmasının rəsmi versiyalarına inanmayan “sui-qəsd nəzəriyyəsi” tərəfdarları yarandı.

Bu nəzəriyyələrdən ən geniş yayılmışı ümumdünya ticarət mərkəzinin uçmasına səbəb kimi yanğının deyil, nəzarətdə olan dağılmanın olmasıdır. Digər versiyada isə Pentaqonun ABŞ hökumətinə bağlı şəxslər tərəfindən idarə olunan qanadlı raketlərlə vurulmasıdır. 

Bu nəzəriyyənin tərəfdarları hesab edirlər ki, bu teraktların törədilməsinin əsas motivi İraq və Əfqanıstana hücumların təşkil olunmasıdır. 

Rəqəmlərin sehri, təsadüf və ya... 

Numerologiya üzrə mütəxəssislər ehtimal edirlər: ola bilsin ki, terrorçular teraktlar üçün vaxt seçərkən məşhur ekstrasenslərlə məsləhətləşirlər? 

Uzun müddət Nostradamusun mətnlərini araşdıran italiyalı alim Renuçço Boskolo bəyan edib ki, bu tanınmış fransız hələ XVI əsrdə Nyu-Yorkda qanlı faciənin olacağını proqnozlaşdırmışdı. Onun mətnlərindən birində deyilir: “Allah şəhərində böyük ildırım çaxacaq, iki qardaş bir-birindən ayrılacaq...”. Burada qardaşlar ümumdünya ticarət mərkəzinin binaları oldular.

Ezoteriklər 11 sentyabrla bağlı başqa versiyaları da qeyd ediblər. 

1. “New York City” adı 11 hərfdən ibarətdir. 

2. “Afghanistan” adı 11 hərfdən ibarətdir.

3. “The Pentagon” sözündə 11 hərf var. 

4. “George W. Bush” adında da təəccüblüdür ki, 11 hərf var. 

5. İraqın telefon kodunun da (119) rəqəmlərin cəmi 11-dir (1+1+9=11). 

Bunun təsadüf və ya anlaşılmazlıq olduğunu demək olar. Ancaq başqa versiyalar da mövcuddur. 

6. Nyu-York ABŞ-ın 11-ci ştatıdır. 

7. Qülləyə hücum edən birinci təyyarənin reys nömrəsi 11 olub. 

8. 11-ci reyslə uçan sərnişinlərin sayı 92 olub (9+2=11). 

9. 77 nömrəli reyslə uçan və qəzaya uğrayan təyyarədəki sərnişinlərin sayı da 65 olub (6+5=11). 

10. Hadisə 11 sentyabrda, daha doğrusu 11.09-da baş verib (1+1+9=11). 

11. 9.11 faciəsinin tarixi ABŞ xilasetmə idarəsinin nömrəsi (911) ilə eynilik təşkil edir və onun rəqəmləri cəmi də “11”ə bərabərdir. 

12. Faciədə ölən sərnişinlərin ümumi sayı 254 idi (2+5+4=11).

13. Sentyabrın 11-i ilin 254-cü günüdür (2+5+4=11). 

14. 11 sentyabrdan sonra ilin qurtarmasına 111 gün qalır. 

15. Və ən başlıcası, dağıdılmış qoşa güllələr nəhəng “11” rəqəmini xatırladırdı. 

11 rəqəmi numerologiyada, o cümlədən ərəb dünyasında xüsusi hesab edilir. Bu rəqəm inamın, şəhidliyin simvoludur. 

Daha bir heyrətləndirici fakt 

Sosial şəbəkələrdə göydələnlərdə baş verən güclü yanğınlarla bağlı kifayət qədər fakt tapmaq olar: ümumdünya ticarət mərkəzinin binaları yeganə göydələnlərdir ki, yanğından sonra dağılıblar. 

Dünyada başqa heç bir göydələn belə yanğından sonra bu sürətlə dağılmayıb. 

Qoşa qüllələr yanğın başladıqdan 56 və 102 dəqiqə sonra tamamilə dağılıb. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024