Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (15-08-2018, 09:48)
Ermənilər Azərbaycanla geosiyasi qarşıdurmada məğlubiyyəti etiraf etdilər

Ermənilər Azərbaycanla geosiyasi qarşıdurmada məğlubiyyəti etiraf etdilər

 

Ermənistan o qədər də uzaq məsafədə yerləşməyib ki, Xəzərin statusu haqqında Konvensiya onun maraqlarına toxunmasın.

Mediatv.az  xəbər verir ki, bu fikirləri enerji təhlükəsizliyi üzrə erməni ekspert, beynəlxalq politoloq Vaqe Davtyan söyləyib.

Onun sözlərinə görə, Konvensiya Ermənistanın maraqlarına birbaşa toxunmasa da, dolayısı ilə neqativ təsir göstərir.

“Zənnimcə, Konvensiyanın imzalanması ilə geosiyasi baxımdan Ermənistan regionda müəyyən mənada hərbi-siyasi və geosiyasi əhəmiyyətini itirir”, - Davtyan bildirib.

Ekspertin fikrincə, Krımın birləşdirilməsi, Suriyadakı uğurlar və Xəzərin statusu barədə Konvensiyanın imzalanması sayəsində, Rusiya faktiki olaraq Qara dəniz – Xəzər regionuna tam nəzarət etmək imkanını ələ keçirib. Bu baxımdan da Ermənistanın timsalında Qafqazdakı forposta ehtiyac qalmır.

Bundan əlavə Davtyan qeyd edib ki, Konvensiyanın imzalanması Rusiya, İran və Azərbaycan arasında əməkdaşlığı bir çox sahələrdə gücləndirəcək və bu da Ermənistanın maraqlarına toxunur.

“Ermənistan və Azərbaycanın ərazisindən keçməli olan əsas nəqliyyat-logistik layihələr artıq tamamilə Azərbaycan ərazisinə yönəlib. Xəzər konvensiyası bu prosesin sürətləndirilməsinə zəmin yaradır.

Söhbət İran - Ermənistan dəmir yolu xətti layihəsinin dondurulmasından və bu marşrutun Azərbaycan-İran ərazisinə yönləndirilməsindən gedir”, - politoloq qeyd edib.

Erməni ekspertinin sözlərinə görə, həmçinin İran-Ermənistan-Gürcüstan-Rusiya energetik dəhliz layihəsi də ciddi zərbə ala bilər, baxmayaraq ki, bu proqram çərçivəsində inşaat işləri artıq başlayıb.

Davtyanın fikrincə, bütün bunlar Ermənistanın regional geosiyasi proseslərdən təcrid olunmasını göstərir.

Xatırladaq ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İranın dövlət başçılarının görüşü keçirilib. Görüşün yekunu olaraq Xəzərin hüquqi statusuna dair Konvensiya imzalanıb. 

шаблоны для dle 11.2

Xəbər lenti
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
17 03 2024
17 03 2024
17 03 2024
17 03 2024