Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (10-07-2018, 10:49)
Bakcell Dağlıq Qarabağda qanunsuz fəaliyyətə etiraz edib

Bakcell Dağlıq Qarabağda qanunsuz fəaliyyətə etiraz edib

 

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mobil operatoru “Etisalat”la Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən “Karabakh Telecom” arasında rouminq razılaşmasının ləğvindən məmnunluğunu ifadə edir.

Mediatv.az xəbər verir ki, özünün uzunmüddətli rouminq partnyoru olan “Etisalat” şirkətinin “Karabakh Telecom”la əməkdaşlığa başlaması ilk günlərdən Bakcell şirkətini narahat edib. Bununla bağlı Şirkət rəhbərliyi tərəfindən dəfələrlə “Etisalat”a rəsmi məktubla müraciət edilib. Məktublarda qeyd olunub ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz hissəsidir və bu fakt beynəlxalq səviyyədə tanınır. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərən “Karabakh Telecom” şirkəti ilə əməkdaşlıq “Etisalat” şirkətinin beynəlxalq nüfuzuna böyük zərbədir və bu əməkdaşlıqdan əldə olunan gəlirlər qeyri-qanuni rejimin fəaliyyətinin maliyyələşdirilməsi üçün istifadə olunur.

“Etisalat” mobil operatoru isə öz növbəsində “Karabakh Telecom”la əməkdaşlığını məhz “Karabakh Telecom”un Ermənistanda rəsmi qeydiyyatının olması ilə əsaslandırırdı. Lakin “Bakcell” qəti mövqe ortaya qoyaraq bildirib ki, “Etisalat” və “Karabakh Telecom”un əməkdaşlığının davam etməsi “Bakcell” ilə “Etisalat” arasındakı biznes münasibətlərinin birtərəfli şəkildə dayandırlması ilə nəticələnəcək.

Bakcell şirkəti Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bu istiqamətdə atdığı addımları yüksək dəyərləndirir və problemin həllində göstərdiyi səylərə görə dərin təşəkkürünü bildirir.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024