Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (15-06-2018, 15:00)
Gürcüstanda azərbaycanlılara təzyiq göstərilir? – MÖVQE

Gürcüstanda azərbaycanlılara təzyiq göstərilir? – MÖVQE

 

Soydaşlarımızın iştirakı ilə baş verən hadisələr və həbslər Gürcüstanda geniş rezonans doğurub.

Lakin baş verənlərin kökündə etnik mənsubiyyət deyil, digər səbəblər dayanır.

Mediatv.az  xəbər verir ki, bu barədə Azərbaycan–Rusiya Gənc Ekspertləri və Jurnalistləri Klubu  Gürcüstanda soydaşlarımızın iştirakı ilə baş verən hadisələr, hökumətin istefası, TANAP-ın işə salınması ilə bağlı ekspert müzakirələri keçirib.

Müzakirələrdə Azərbaycan–Rusiya Gənc Ekspertləri və Jurnalistləri Klubunun moderatoru Zaur Məmmədov, ekspertləri İlqar Vəlizadə, Zaur İbrahimli, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri, energetika və təbii sərvətlər nazrinin keçmiş müavini Hüseyn Yusubov, politoloq Vasiko Qivati iştirak ediblər.

Qeyd olunan mövzularla bağlı onlayn müzakirələr hər iki ölkə cəmiyyətində baş verənlərlə bağlı obyektiv ictimai rəy formalaşması, ekspert icmasının baxışının diqqətə çatdırılması, dezinfromasiya cəhdlərinin qarşısının alınması məqsədilə keçirilib.

“Diaspora fəalları və siyasi aktivistlər bu hadisələrin etnik amillərlə bağlı olduğunu hesab etmirlər. Həbslərlə siyasi müstəvidə gerçəkləşən hadisələrin üst-üst düşməsində bir sıra qaranlıq məqamların olmasını görməmək mümkün deyil. Bununla belə qeyd etməliyik ki, soyadaşlarımız arasındakı bu münaqişənin daha sivil həlli yolu tapılmalıydı”, - deyə Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov bildirib.

Azərbaycanlıların Tbilisidə mitinqlərdə çox da fəal olmadığını diqqətə çatdıran Yusubov növbəti seçkilərə hazırlıqlarla bağlı qeyd edib ki, bu partiyaların mövqeyindən çox asılıdır:

“Marneulidəki sonuncu seçkilərdə əsas partiyalar azərbaycanlıları namizəd kimi göstərmişdi”. 

Müzakirələr zamanı diasporun fəaliyyətinə toxunan Hüseyn Yusubov Diasporla İş üzrə Dövlət Komitəsində əvvəlki rəhbərlik dövründə Azərbaycanın diaspor siyasətində müşahidə olunan problemlər barədə çox açıq danışaraq, növbəti dövrdə bu yanlışlıqların aradan qaldırılması  üçün ciddi addımların atılmasının vacibliyini vurğuladı.

Onun fikirincə, diaspora təşkilatları ilə iş şəffaf aparılmalıdır, həmçinin daha çox mənəvi dəstək və motivasiyaya üstünlük verilməlidir.

Politoloq Vasiko Qivati hökumətin istefası ilə Marneueli şəhərinin azərbaycanlı merin həbsi arasında birbaşa səbəb-nəticə əlaqəsi olmadığını önə çəkdi. Onun sözələrinə görə, artıq bir müddətiydi ki, Baş nazirin istefaya göndərilməsi hakim partiyanın rəhbərliyinin gündəliyində idi:

“Bu məsələ KİV-də də bir neçə dəfə qaldırılmışdı. Amma, istefa qərarının qəbulu üçün əsaslı bəhanə yoxuydu. Müxalifət məktəblilərin qətli ətrafında rezonans doğuran insidentdən bacarıqla istifadə edərək hökumətin istefası ilə bağlı  öz rolunu çox şişirdir və kütləvi etirazlrdan siyasi dvident əldə etmək istəyirdi.

Mitinqlərin əvvəlində insanların hiddətinin səbəbləri aydın olsa da, vaxt keçdikdə meydanlarda sosial narazı kütləni siyasi qruplar əvəzlədi”.

Qivati, TANAP-ın açılışında Gürcüstan rəhbərliyinin təmsil olunmamasının ciddi rezonans doğurduğuna diqqət çəkib:

“Bu məlumatdan sonra bütün ekspert icması çox  narahat olub. Hələ bunu real səbəbləri barədə danışmaq tezdir. İstənilən halda bu insident Tbilisinin Bakı və Ankara ilə münasibətlərinə təsir etməyəcək”.

“Azərbaycan və Gürcüstanı əsrlərdən bəri dostluq əlaqələri bir-birinə bağlayır. Hələ yüz il əvvəl dövlət müstəqilliklərini elan edən zaman bizim ölkələr bütün sahələrdə əməkdaşlıq və beynəlxalq arenada bir-birini dəstəkləmək barədə razılıq əldə etmişdilər. On illiklər sonra yenidən dövlət müstqilliklərini bərpa edəndən sonra bu ənənələr saxlanılıb. Bu baxımdan Azərbaycan və Gürcüstanın bu regionda əməkdaşlığı, birgə fəaliyyət və tərəfdaşlığın misilsiz nümunəsidir.

Bu heç də hamıya xoş gəlmir. İkitərəfli münasibətlərin bütün dərin məzmununu anlamaq və sonradan düzəldilməsi mümkün olmayan yanlışlıqlara yol verməmək lazımdır”, - deyə Azərbaycan–Rusiya Gənc Ekspertləri və Jurnalistləri Klubunun moderatoru Zaur Məmmədovbildirib.

Ekspert İlqar Vəlizadənin sözlərinə görə, Azərbaycan diasporu daxili siyasi münaqişələrin aləti ola bilməz:

“İlk növbədə Gürcüstanın öz təhlükəsizlik nöqteyi nəzərindən və Azərbaycanla əməkdaşlığı persvektivindən bu ola bilməz”.

Sonda qeyd olunub ki, azərbaycanlı siyasi təhlilçilərlə gürcü ekspertlərinin sıx əməkdaşlığı ölkələr arasında münasibətlərin inkişafına müsbət dinamika verəcək.

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024