Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (1-06-2018, 10:57)
Kvirikaşvili istefa verməyəcək

Kvirikaşvili istefa verməyəcək

 

Gürcüstan baş naziri Georgi Kvirikaşvili Tbilisidəki etiraz aksiyalarına baxmayaraq, postunu tərk etməyəcək.

Mediatv.az  xəbər verir ki, baş nazirin bu bəyanatı Gürcüstan hökumətinin saytında yerləşdirilib. 

Onun sözlərinə görə, postundan getməsinin ölkəyə xeyri olduğunu başa düşdüyündə istefaya gedəcək, ancaq indi bunun vaxtı deyil. 

“Mənim üçün əsas olan ölkədə sabitliyi saxlamaq və cəmiyyətimiz tərəfindən verilən suallara tez bir zamanda cavab verməkdir”, - bəyanatda deyilir.  

Mayın 31-də Tbilisidə yüzlərlə insan parlament binasının qarşısına yürüş edib. Etirazlara səbəb 2017-ci ilin dekabr atında Tbilisinin mərkəzində baş verən davada yeniyetmənin öldürülməsidir.

Mitinq iştirakçıları istintaqın qeyri-obyektiv aparıldığını və prokurorluğun insident iştirakçılarından birinin əməlini ört basdır etməyə çalışdığını bildirir. İddiaya görə, himayə altında olan cinayətkarlardan biri qurumun keçmiş əməkdaşının oğludur.

Gürcüstanın baş naziri Qeorqi Kvirikaşvili minlərlə insanının etiraz aksiyası keçirdiyi parlament binası qarşısına gəlib.

Kvirikaşvili çıxış etməyə çalışsa da, mitinq iştirakçıları səs-küy saylıb və onun fikrini səsləndirməsinə imkan verməyib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024