Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (14-04-2018, 13:00)
Rusiya səfiri ABŞ zərbələrinin cavabsız qalmayacağını bəyan etdi

Rusiya səfiri ABŞ zərbələrinin cavabsız qalmayacağını bəyan etdi

 

Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bəyan edib ki, ABŞ, Böyük Britaniya və Fransanın zərbələri nəticəsiz qalmayacaq.  

Mediatv.az-ın məlumatına görə, bu barədə Antonovun səfirliyin Facebook hesabında dərc olunmuş bəyanatında bildirilir.  

“Ən pis gözləntilər özünü doğrultdu. Bizim xəbərdarlıqlarımız diqqətdən kənarda qaldı. Əvvəlcədən hazırlanmış ssenari həyata keçirilib. Və bizi yenə təhdid edirlər. Biz xəbərdar etmişdik ki, belə hərəkətlər nəticəsiz qalmayacaq”, - deyə, məlumatda qeyd olunur.

Antonovun sözlərinə görə, bütün məsuliyyət Vaşinqton, London və Parisin üzərindədir.

“Rusiya prezidentinin təhqir olunması yolverilməz və qəbuledilməzdir. ABŞ - ən böyük kimyəvi silah arsenalının sahibi – digər ölkələri ittiham etmək üçün heç bir mənəvi hüquqa malik deyil”, - deyə, diplomat bildirib.

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024