Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (14-04-2018, 10:30)
Tacikistan prezidentini daşıyan helikopter dağlarda itib

Tacikistan prezidentini daşıyan helikopter dağlarda itib

 

Tacikistan lideri Emomali Rəhmonun olduğu helikotper üç saat müddətinə Varzob dağ dərəsində itib.

Mediatv.az xəbər verir ki, bu barədə “Sputnik-Tacikistan” məlumat yayıb.

İnsident martın 28-də baş verib. Tacikistanlı dövlət başçısı Novruz şənliyindən iştirak etmək üçün Pəncikənt bölgəsinə yollanıb, ancaq o, təyin olunmuş vaxtda gəlib çıxmayıb.

Məlum olub ki, pilot əlverişsiz hava şəraiti ilə əlaqədar plandankənar eniş etmək qərarına gəlib.

Hadisənin şahidi olmuş “Cumhuriyyət” qəzetinin jurnalisti  yolların təmiri üçün nəzərdə tutulan dərədən eniş meydançası kimi istifadə olunduğunu bildirib.  

“Həmin meydançanın ətrafında indiyədək yol fəhlələrinin sığınacağı kimi xidmət göstərən iki gil və taxtadan tikilmiş daxma var idi.

Yerli sakinlər qısa bir zamanda helikopterin dövrəsinə toplaşdılar. Bir qadın yolu azmış qonaqlara kökə və isti çay gətirdi”, - deyə jurnalist bildirib.

Bir neçə saatdan sonra Rəhmon Varzob rayon icra hakimiyyəti başçısının avtomobilində yoluna davam edib.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024