Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (12-04-2018, 17:30)
Bəşər Əsədə sadiq hərbi qüvvələr Şərqi Qutanı tam nəzarətə götürdü

Bəşər Əsədə sadiq hərbi qüvvələr Şərqi Qutanı tam nəzarətə götürdü

 

Suriyadakı rejimin başçısı Bəşər Əsədə sadiq hərbi qüvvələr Şərqi Qutanı tam nəzarətə götürüb.

Mediatv.az report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Düşmən tərəflərin barışı üzrə mərkəzin rəisi general-mayor Yuri Yevteşenko bildirib.

Onun sözlərinə görə, Suriyanın dövlət bayrağı Duma şəhərinin dövlət binaları, bütövlükdə Şərqi Qutanın üzərində qaldırılıb.

Rusiya Suriyanın Duma şəhərində hərbi polis bölməsi yerləşdirib.

Qeyd edək ki, Şərqi Qutaya son illərdə müxalif "Ceyşü-İslam" qruplaşması nəzarət edirdi. Bu il fevralın sonundan Dumanı 41 mindən çox, Şərqi Qutanı isə 165 mindən çox sakin tərk edib. 250 nəfər girovluqda azad edilib.

Xatırladaq ki, aprelin 8-də müxalifət qüvvələrinin nəzarəti altında olan Şərqi Quta bölgəsindəki Duma rayonunda kimyəvi silahdan istifadə edilib. Kimyəvi hücum nəticəsində 75 nəfər ölüb, 1000-dən çox adam zəhərlənib. Zərərçəkənlərin çoxunun körpə və azyaşlı uşaqlar olduğu bildirilib.

ABŞ başda olmaqla Qərb dövlətləri bu cinayəti Bəşər Əsəd rejiminin törətdiyini bəyan ediblər. Donald Tramp bu hava zərbəsinin cavabsız qalmayacağını bildirib.

шаблоны для dle 11.2

Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024