Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (19-02-2018, 10:06)
Qocalmaya qarşı mübarizənin yolu tapıldı

Qocalmaya qarşı mübarizənin yolu tapıldı

 

Portuqaliyalı alimlər qocalmaya qarşı mübarizənin yeni yolunu tapıb. Yeni metod hüceyrələrdə anomal sayda xromosomların qarşısının alınması ideyasına əsaslanır.

Mediatv.az xəbər verir ki, tədqiqatın yekunları BioRxiv.org-da dərc olunub.

Yaş ötdükcə aneuploidiya, yəni xromosom sayında dəyişikliyin baş veridiyi hüceyrələrin sayı artır. Bu  prosesin insan orqanizminin qocalması ilə əlaqəli olduğu təsdiq olunub.

Beləcə, hüceyrələrin mitoz (xromosomların iki yeni nüvəyə bərabər şəkildə bölünməsi yolu ilə parçalanmasına cavab verən genlərin aktivliyi dəyişir.

Siçanlar üzərində aparılmış təcrübələrdə mitozu təmin edən mexanizmdə pozuntunun yaranması nəticəsində progeriya (Hatçinson-Gilford sindromu) əlamətləri – erkən qocalmanın baş verdiyi xəstəliyin inkişaf etdiyi ortaya çıxıb.

Alimlər uşaqdan tutmuş qocalara kimi, kişi cinsindən olan avropoidlərdə fibroplast hüceyrələrindən qocalma markerlərini təhlil edib. Məlum olub ki, qocalma Forkhead box M1 (FoxM1) faktorunun – DNT ilə bağlı olan və hüceyrələrin parçalanmasını idarə edən G2-M geninin aktivliyini tənzimləyən zülalın zəifləməsi ilə əlaqəlidir.

Tədqiqat qrupu yaşlı insanlarda və progeriya xəstələrinin hüceyrələrində Forkhead box M1 səviyyəsini artıraraq, bununla da aneuploidin meydana gəlməsini qarşısını alıb.

Nəticədə qocalma markerlərinin miqdarı aşağı düşüb. Mütəxəssislərin fikrincə, tədqiqatın nəticələri qocalmaya qarşı mübarizənin terapevtik metodlarını təsbit etməyə imkan verəcək.

шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024