Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (16-02-2018, 09:28)
İranda casus şəbəkəsi aşkar edilib

İranda casus şəbəkəsi aşkar edilib

 

İranda casus şəbəkəsi aşkar edilib.

Mediatv.az-ın məlumatına görə, Tehran şəhərinin prokuroru Abbas Cəfəri Dövlətəbadi keçirdiyi mətbuat konfransında deyib ki, həbs olunanlar İran əleyhinə casusluqda şübhəli bilinirlər və onların fəaliyyəti ciddi şəkildə araşdırılır.

 

O qeyd edib ki, ekoloji problemlərlə məşğul olmaq adı altında İrana daxil olanlar strateji müəssisələrin yaxınlığında kameralar qurub müşahidə aparıblar. Onların məqsədləri İranın raket proqramı haqqında məlumat toplayıb xarici dövlətlərin kəşfiyyat orqanlarına ötürmək olub.

Prokuror bildirib ki, həbs olunanlardan Kavis Seyid İmami həbsxanada özünə qəsd edib. O, fakt qarşısında qalaraq törətdiyi cinayətin ağırlığını başa düşüb. Onun casusluq fəaliyyəti ilə məşğul olmasını sübuta yetirən faktlar mövcuddur. Digər həbs olunanlar da K.S.İmaminin əleyhinə ifadə veriblər.

Xatırladaq ki, K.S.İmaminin həbsxanada vəfat etməsi İranda geniş müzakirə mövzusu olmuşdu. Qeyd olunurdu ki, guya ekoloq döyülərək öldürülüb. Məsələ İran İslam Şurası Məclisinin (parlamentin) də müzakirəsinə çıxarılmış və ölüm hadisəsinin araşdırılması üçün komissiya yaradılmışdı. Komissiyaya rəhbərlik edən parlamentin sədr müavini Əli Motahiri araşdırmaların nəticəsini parlamentə təqdim edib və aydın olub ki, K.S.İmami doğrudan da özünə qəsd edib.

 

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024