Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (14-02-2018, 18:00)
Peterburqda azərbaycanlı ailə qəzaya uğrayıb

Peterburqda azərbaycanlı ailə qəzaya uğrayıb

 

Fevralın 12-də, axşam saatlarında Rusiyanın Sankt-Peterburq şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Mediatv.az “IA news”a istinadən xəbər verir ki, qəzada azərbaycanlılar zərər çəkib.

Qəza Boqatır prospekti ilə Yaxtennaya küçəsinin kəsişməsində baş verib. “VAZ” avtomobili iki xarici markalı avtomobillə toqquşub.

Polis əməkdaşlarının məlumatına görə, qəza əks hərəkət axınına yol verməyən “VAZ” markalı avtomobilin sürücüsünün ehtiyatsızlığından baş verib.

“VAZ” sürücüsünün Peterburqda yaşayan Azərbaycan vətəndaşı olduğu bildirilir. Məlumata görə, sürücü təhlükəsizlik qaydalarını pozaraq qabaq sərnişin oturacağında uşaqlarını daşıyıb. Zərbə altıyaşlı uşağı ön şüşədən çölə atıb. O, ağır vəziyyətdə 19 saylı şəhər uşaq xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, uşaq ciddi kəllə-beyin travması alıb, hazırda reanimasiya şöbəsinə yerləşdirilmiş azyaşlının süni tənəffüs aparatına qoşulduğu bildirilir.

Sürücünün digər övladı isə qəzadan sonra Müqəddəs Mariya Maqdalena adına 2 saylı şəhər uşaq xəstəxanasına yerləşdirilib. Qardaşından fərqli olaraq, qızın vəziyyəti kafidir, aldığı xəsarətlər həyati təhlükəli deyil.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024