Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (7-02-2018, 12:03)
Kral kobrası ilə torlu pitonun ölüm-dirim savaşı – FOTO

Kral kobrası ilə torlu pitonun ölüm-dirim savaşı – FOTO

 

İri torlu piton kral kobrasını boğub, daha sonra onun zəhərindən ölüb.

Mediatv.az Oxu.Az-a istinadən  xəbər verir ki, sosial şəbəkələrdə kifayət qədər populyarlaşan “savaşın” təsviri “Daily Mail”in diqqətini çəkib.

Fotoqraf onları aşkarlayan zaman hər iki ilan ölmüş vəziyyətdə olub.

“İmgur”da dərc olunmuş təsvirdə kral kobrasının bədəninə bir neçə halqada sarılan və onu boğan pitonu zəhərli dişləri ilə sancdığını görmək olur.

Şəkli sosial şəbəkəyə yükləyən müəllifin sözlərinə görə, kobra pitonu yeməyə çalışıb, ancaq qarşı tərəfin müqaviməti ilə üzləşib.

Fotoşəklin harada çəkildiyi barədə məlumat verilmir. “İmgur”da yayımlanan şəkil 334 min baxış sayı qazanıb və 7 mindən çox bal toplayıb.

Torlu pitonun əsas təbii məskənləri Banqladeş, Birma, Hindistan, Tayland, Laos, Kamboca, Vyetnam, Malaziya, Sinqapur, İndoneziya, Filippin, həmçinin Nikobar adaları sayılır.

Bu pitonlar dünyanın ən böyük ilanları hesab olunur. Bəzən bu bölgələrdə uzunluğu yeddi metrə çatan pitonlara rast gəlmək olur.

 

шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024