Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (7-02-2018, 11:16)
Tillerson Rusiyanı ittiham etdi

Tillerson Rusiyanı ittiham etdi

 

ABŞ dövlət katibi Reks Tillerson Rusiyanın Suriyada kimyəvi silahların utilizasiyası ilə bağlı götürmüş olduğu öhdəlikləri yerinə yetirmədiyini hesab edir.

Mediatv.az  xəbər verir ki, bu bəyanatı Amerikalı ali diplomat çərşənbə axşamı “Fox News” telekanalına verdiyi müsahibədə səsləndirib.

“Onlar Əsəd rejimini dəstəkləyir, onlara havadan dəstək göstərir. Rusiya cavabdehlik daşıyır, onlar Suriyada olan kimyəvi silahlarla bağlı müəyyən ölçülər götürməyə razılaşıb, ancaq görünən odur ki, bunu yerinə yetirməyiblər”, - deyə hazırda Boqotada olan ABŞ dövlət katibi bildirib.

ABŞ dövlət katibi hesab edir ki, Rusiya bu məsələ ilə bağlı mövqeyini dəyişməlidir:

“Rusiya bunu nə qədər danmağa çalışsa da, fakt fakt olaraq qalır”.

Xatırladaq ki, bazar ertəsi BMT Təhlükəsizlik Şurasında Suriyada kimyəvi hücumlar mövzusunda açıq iclas keçirilib.

ABŞ, Böyük Britaniya və Fransa səfirləri Suriya hökumətinin ünvanına ittihamlar səsləndirib. Rusiya Federasiyasının daimi nümayəndəsi Vasili Nebenzya qərb ölkələrinə günahsızlıq prezumpsiyasını xatırladıb.

Diplomat bildirib ki, Qərb ölkələri zəhərli maddələrdən istifadə etməklə həyata keçirilmiş hücumlarla bağlı qərəzsiz araşdırma aparmır. 

шаблоны для dle 11.2

Xəbər lenti
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024