Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (23-01-2018, 19:30)
Rusiyanın “FSB” kursantı İŞİD-ə qoşulmağa çalışıb

Rusiyanın “FSB” kursantı İŞİD-ə qoşulmağa çalışıb

 

Rusiya Federal Təhlükəsizlik xidmətinin  tacik əsilli, 23 yaşlı kursantı Novruz Sanqov Tacikistan hüquq-mühafizə oqranları tərəfindən ekstremizm və İŞİD qruplaşmasına qoşulmağa cəhd etməkdə təqsirləndirilir.

Mediatv.az  “Радио Озоди”yə (“Azadlıq radiosununun” tacik xidmətinə) istinadən xəbər verir ki, Moskvada Federal Təhlükəsizlik Xidməti Akademiyasının V kurs kursantı olan Novruz Sanqov ötən ilin noyabr ayında Azərbaycanda saxlanılıb və Tacikistana ekstradisiya edilib.

“Novruz yoxa çıxdıqdan sonra Tacikistan tərəfi bu haqda məlumatlandırılıb. Bir ay sonra o, Bakı aeroportunda aşkarlanıb və İstanbula uçmağa çalışan zaman saxlanılıb”, – deyə hüquq-mühafizə orqanlarından olan mənbə bildirir.

İşin təfərrüatı haqqında məlumat verilməsə də, kursantın Türkiyəyə, oradan isə Suriya ərazisinə keçməyə çalışıdığı güman edilir.

Ancaq kursant bu ittihamları rədd edir və hər hansı ekstremist qruplaşmalara biət etməyə hazırlaşmadığını bildirib.

Gəncin yaxınları bildirirlər ki, bu ilin yay aylarında Novruz öz vətənində, milli təhlükəsizlik üzrə dövlət komitəsinin yerli şöbələrindən birində təcrübə keçib.  Əlaçı olub və təhsili başa vurduqdan sonra Tacikistana qayıtmaq və yerli xüsusi xidmət orqanlarında çalışmaq niyyətində olub.   

Novruzun anası Nixolbi Rəhimova yanvarın 22-də “Радио Озоди”ə verdiyi açıqlamada oğlu ilə təcridxanada görüşdüyünü bildirib.

“Mənim balamı kimsə yoldan çıxarıb. O mənə dedi ki, Türkiyəyə müalicəyə getmək istəyib. Son vaxtlar mədə və baş ağrılarından əziyyət çəkib. O, məzuniyyətin verilməsi üçün bir neçə dəfə müraciət etsə də, iczə ala bilməyib. Ona görə sonradan bu axmaq hərəkəti edib. And-aman edir ki, Türkiyəyə yalnız müalicə məqsədilə gedib. Ötən yay Tacikistanda müalicə kursu keçib”, -  deyə kursantın anası bildirib.

O bildirib ki, oğlu üçün vəkil tuta bilmir, hər kəs məsələnin qarışıq olduğunu bildirərək, işi götürməkdən imtina edir.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024