Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (19-01-2018, 10:22)
Britaniyadan Fransaya birbaşa körpü salına bilər

Britaniyadan Fransaya birbaşa körpü salına bilər

 

Böyük Britaniyanın xarici işlər naziri Boris Conson inanılmaz təkliflə çıxış edib. İngiltərəli ali diplomat La Manş kanalı üzərindən Fransa və Britaniyanı birləşdirəcək körpü salmaqla bağlı çağırış edib.

Mediatv.az xəbər verir ki, bu barədə “The Sun” qəzeti İngiltərə hökumətindən olan mənbələrə istinadən məlumat yayıb.

Boris Consonun sözlərinə görə, dünyanın iki aparıcı iqtisadi dövlətlərindən sayılan Fransa və Britaniyanı yalnız dəmiryolu tunelinin birləşdirməsi indiki zaman üçün çox gülünc haldır.  

Qəzetdə dərc olan məqalədə qeyd olunur ki, xarici işlər naziri bu təklifi ötən gün Sandhurstda baş tutan “Anqlo-Fransa” sammiti çərçivəsində Fransalı həmkarı ilə keçirdiyi görüşdə də səsləndirib. İddialara görə, yeni nəqliyyat infrastrukturu Brexit prosesi, yəni Britaniyanın Avropa İttifaqının sıralarını tərk etdikdən sonra Avropa ölkələri, o cümlədən Fransa ilə əlaqələrinin möhkəmləndirilməsinə xidmət edəcək.  

Yerli ekspertlər birbaşa körpü ideyasının fantastik olduğuna və dövlətin dəstəyini qazanmayacağına əminlik ifadə edir.

Qeyd edək ki, Boris Conson bundan əvvəl Londonun meri olan zaman Temza çayının mənsəbində dörd uçuş zolağı olan və Hitrou hava limanını əvəz edəcək aeroport tikməklə bağlı plan irəli sürmüşdü. Britaniyanın Aeroport məsələləri üzrə Dövlət Komissiyası  2014-cü ildə  80 milyard funtsterlinq tələb edən layihəni rədd etmişdi.

шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024