Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (27-01-2018, 12:31)
Putinin yeni limuzininin qiyməti məlum oldu

Putinin yeni limuzininin qiyməti məlum oldu

 

Rusiya prezidenti Vladimir Putini daşıyacaq “Kortej” layihəsi əsasında hazırlanan avtomobilin pərakəndə satış qiyməti 6-7 milyon rubldan (təxmini 200 min manat) başlayacaq.

Mediatv.az  xəbər verir ki, bu barədə “RİA Novosti” Rusiyanın sənaye və ticarət naziri Denis Manturova istinadən məlumat yayıb.

Onun sözlərinə görə, rus “limuzinin” satış qiyməti Premium sinfindən olan “Mercedes S-klass”  və digər avtomobillərin qiymətindən 15 faiz çıxmaqla, başlanğıc qiyməti müəyyən edilib.

Rus “limuzini” hazırlayan “NAMİ” avtomobil nəzəriyyəsi və texnologiyaları üzrə tədqiqat institutu fevralın sonu - martın əvvəlinə kimi Federal Mühafizə Xidmətinə 16 avtomobil təqdim edəcək.

“Kortej” layihəsində dövlətin birinci şəxsləri üçün vahid modul platformasında avtomobil ailəsinin (limuzin, sedan və miniven) yaradılması nəzərdə tutulur.

Layihənin istehsalat tərəfdaşı qismində Vadim Şvetsovun “Sollers” şirkəti çıxış edir. Layihə büdcəsinə 12.4 milyard rubl investisiya qoyulub.

SSRİ-nin süqutundan sonra Rusiyada prezident üçün ilk yerli limuzinin istehsal olunacağı xəbəri təxminən beş il əvvəl məlum olub. Dizaynerlərin planına görə, avtomobil 800 at gücü olan mühərriklə təchiz olunacaq. Zirehli maşının çəkisinin altı tona yaxın olacağı bildirilir.

Məlum olub ki, “Kortej”in güc aqreqatlarının dizaynına “Porsche” şirkətinin mühəndis bölməsindən ekspertlər cəlb olunub.

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024