Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (13-11-2017, 22:00)
Gürcüstan hökumətində kadr və struktur dəyişiklikləri aparıldı

Gürcüstan hökumətində kadr və struktur dəyişiklikləri aparıldı

 

Gürcüstan hökumətində ciddi islahatlar aparılıb.

Mediatv.az Virtualaz.org-a istinadən bildirir ki, bu barədə Gürcüstan baş nazirinin rəsmi saytı məlumat yayıb.

Dəyişikliklərə əsasən, Ətraf Mühitin Mühafizəsi Nazirliyinin səlahiyyətində olan Təbii ehtiyatlarla idarəetmə komponenti və Energetika Nazirliyi İqtisadiyyat Nazirliyinin tərkibinə daxil olacaq. Nazirliyi isə Maliyyə Nazirliyinə rəhbərlik etmiş Dmitriy Kumsişvili idarə edəcək.

Gürcüstanın hazırkı iqtisadiyyat naziri Georgi Qaxariya isə daxili işlər naziri təyin edilib. O, həmçinin baş nazirin müavini vəzifəsini tutacaq.

Gürcüstan "Dəmir Yolları” SC-nin sabiq sədri Mamuka Bakradze isə maliyyə naziri təyin edilib.

Fövqəladə halların idarə olunması üzrə agentliyin və Böhranların idarə olunması üzrə təhlükəsizlik şurasının yerinə Fövqəladə Halların İdarə Olunması Mərkəzi yaradılacaq. Mərkəzi isə indiyə qədər daxili işlər naziri olmuş Georgi Mqebrişvili idarə edəcək.

Məlumata görə, Mədəniyyət Nazirliyinin səlahiyyətinə daxil olan Gənclər üzrə İşlər İdarəsi Təhsil və Elm Nazirliyinə verilib.

Gürcüstanın təhsil naziri postunu isə Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin prorektoru Mixeil Çxenkeli tutub.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024