Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (21-05-2014, 17:22)
İki nəhəng arasında nəhəng qaz müqaviləsi - 400 milyard dollar!

Çinlə Rusiya arasında nəhəng qaz müqaviləsinə dair danışıqlar nəhayət ki, nəticə verib. Az əvvəl informasiya agentlikləri “Qazprom”la Çinin Milli Neft-Qaz Korporasiyası CNPC arasında müqavilənin imzalandığına dair xəbər yayıblar.

 

Müqavilə Rusiya prezidenti Vladimir Putinin və Çin rəhbəri Si Tszinpinin iştirakı ilə imzalanıb.
Müqaviləyə əsasən Rusiya sonrakı 30 il ərzində Çinə ildə 38 milyard kubmetr qaz ixrac etməlidir. Müqavilənin ümumi dəyəri 400 milyard dollardan yuxarı qiymətləndirilir.
Rusiya ilə Çin arasında qaz danışıqları 20 ilə yaxın idi davam edirdi. Rusiya qazının Çinə ixracına dair tərəflərin mövqeləri arasında son vaxtlar yaxınlaşma əldə olunsa da əsasən qiymət məsələsinə görə müqaviləni imzalamaq mümkün olmurdu. Nəhayət, prezident Putinin geniş tərkibli nümayəndə heyətinin iştirakı ilə üç gün əvvəl Çinə etdiyi səfər həlledici oldu.
“Qazprom”la CNPC arasında üç gündür gərgin danışıqlar gedirdi. Həmçinin prezident Putin və Çin rəhbəri Si Tszinpi arasında danışıqların da əsas mövzularından biri qaz müqaviləsi idi.
Dünən elan olunmuşdu ki, tərəflər anlaşmaya yaxın olsalar da yekun razılaşma əldə edilməyib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıqların dayanmadığını, müqavilənin istənilən an imzalana biləcəyini açıqlamışdı.
“Qazprom” rəhbəri Aleksey Miller də danışıqların fasiləsi davam etdiyini, tərəflərin kompromis axtardıqlarını bildirmişdi.
Nəhayət, tərəflər qiymət məsələsində də anlaşıblar. Çin tərəfi qazın min kubmetri üçün 360 dollar təklif edirdi, Rusiya isə 400 dollarda israr edirdi. Rusiya prezidenti kompromis variant kimi qaz yataqlarında hasilat və Çinə ixrac edilən qaz həcmlərini vergi və rüsum yükündən azad etmək təklifi irəli sürüb.
İmzalanan müqavilədə qazın qiymətinin nə qədər göstərildiyi açıqlanmasa da analitiklərə görə, Rusiya Ukrayna ətrafındakı vəziyyətə görə Avropa ilə münasibətlərini korladığından Çinə qiymət məsələsində güzəştə gedə bilər.
Çinlə imzalanmış müqavilə Rusiyanın qaz ixracı üçün yeni imkanlar açır və qaz ixracı marşrutlarını diversifikasiya etməyə imkan verir. Məsələn, gələcəkdə Avropa ABŞ-dan idxal edəcəyi sıxılmış qaz və ya Azərbaycan qazı hesabına “Qazprom”dan daha az qal almağa başlasa o zaman Rusiya nəhəng qaz yataqlarından hasil etdiyi təbii yanacağı ixrac etmək üçün yeni bazarlar tapmalı olardı.
İndi isə belə bazar artıq var. Rusiyadan Çinə qaz nəql edəcək kəmərlə ildə 60 milyard kubmetrə qədər qaz ötürmək mümkün olacaq. Digər tərəfdən, bu müqavilə Rusiya ilə Çin arasında ittifaqı daha da möhkəmləndirəcək və Qərbə qarşı iki nəhəng dövlətin güclü tərəfdaşlığını formalaşdıran amillərdən biri olacaq.
шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024