Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (21-05-2014, 14:51)
Aqil Səmədbəyli: “ABŞ səhvini gec də olsa anlayıb“

"Xalq artıq bu qənaətdədir ki, "ilanın ağına da lənət, qarasına da"".

 

 
Aqil Səmədbəyli: "Qərb-Rusiya savaşı Azərbaycana təsirsiz qala bilməz".
ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstarın Azərbaycan hakimiyyətinə qarşı açıq tənqidlər səsləndirməsi və inqilab siqlalları verməsi ölkə ictimaiyyəti tərəfində birmənalı qarşılanmayıb. 
Bu barədə PIA.AZ-a açıqlama verən ictimai xadim Aqil Səmədbəyli hesab edir ki, ABŞ-ın ölkəmizdəki səfirinin Azərbaycan cəmiyyətinə verdiyi siqnallar Ağ Evdə vəziyyətin kritikliyinin anladıqlarının göstəricisidir:
“Azərbaycanın bu hala gəlməsi üçün bu hakimiyyətə Amerika az dəstək verməyib. Sadəcə, indi elə vəziyyət yaranıb ki, ABŞ səhvini gec də olsa anlayıb. Anlayıb ki, bugünkü iqtdiar heç də onların arzu etdiyi qədər etibarlı deyilmiş. İndi xalq əgər ortaya iradə qoymasa, hər şey sadəcə iqtidar komandasının qərarından asılı olsa, vəziyyət heç də ürəkaçan olmayacaq. Müxalifət hakimiyyətin yadına çətin zamanlarda düşür. Ancaq bu da bir gerçəklikdir ki, ABŞ Azırbaycan xalqının gözündə 10 il əvvəlki qədər etibarlı dövlət deyil. Xalq artıq bu qənaətdədir ki, "ilanın ağına da lənət, qarasına da". 
Heç kimin Azərbaycan xalqına ürəyi yanmır, hər kəs mənfəət peşindədir. Buna görə də xalq artıq məsələlərə laqeyd yanaşır. Nəticədə Azərbaycanın taleyi xalqımızın öz ümidinə qalıb. Xalqın da əsas hərəkətverici qüvvəsi siyasi təşkilatlanmış olan kəsimdir ki, bunların da həm ayrı-ayrılıqda olması, həm də ölkədəki mövcud diktə rejiminin heç bir siyasi aktivliyə təhəmmül etməməsi bu təşkilatları yarımcan hala salıb.
Bütün bunlarla yanaşı vəziyyət getdikcə ciddiləşməkdədir, artıq mövqelərin dəqiqləşdirilməsi zamanı çatıbdır. Bu da istər-istəməz cəmiyyətdə canlanmaya səbəb olacaq. Qərb-Rusiya savaşı Azərbaycana təsirsiz qala bilməz. Hər iki cinahın tərəfdarları mövqe oryaya qoymalı olacaqlar. Bu zaman təbii olaraq, hər iki tərəf öz müdafiə etdiyi ölkədən dəstək alacaqlar. Bu dəstək müxtəlif variantlarda ola bilər. Nəticənin xalqımızın xeyrinə olması əsas təmənnamdır".
шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024