Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (12-08-2015, 14:55)
BMT-də işləyir, amma çadırda yaşayır - FOTO

BMT-də işləyir, amma çadırda yaşayır - FOTO

"Oğlum çox əziyyət çəkir. O, arzusuna çatmaq üçün bütün əziyyətlərə qatlaşmağa hazır olduğunu göstərib. Əzmli, qətiyyətli insandır oğlum. Təbii, onun əziyyət çəkdiyini bilirəm və buna görə ürəyim parçalanır. Amma onunla fəxr də edirəm".

 

22 yaşlı Devid Haydın anası Viki Hayd belə deyir.

Yeni Zelandiya vətəndaşı Devid Hayd Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrədəki ofisində stajordur.

BMT-nin Cenevrədəki qurumlarında Devid kimi 160 stajor çalışır. Onların tam əksəriyyətinə maaş verilmir.

Mediatv.az European-a istinadən bildirir ki, Devid Yeni Zelandiyadan Cenevrəyə BMT-də işləməyə yollananda anası onun yaxşı işdə çalışacağını, heç pis olmayan məbləğdə maaş alacağını düşünürdü.

Lakin Devid stajor olduğu üçün maaş almır. Cenevrədə isə kirayə mənzil qiymətləri həddən artıq baha olduğu üçün onun "ev tutmaq" imkanları yoxdur.

Bu səbəbdən də Devid BMT sertifikatını almaq üçün çadırda yaşamağa da dözür.

Yeni Zelandiyanın Krisbörç şəhərinin sakini Devidin dediyinə görə, 18 min kilometrdən çox məsafə qət edərək Cenevrəyə çatanda bu şəhərdə çadırda yaşayacağını ağlına da gətirməzdi.

"Amma olsun! Sertifikatı almalıyam. İndi stajoram, internəm. Lakin sertifikatı alandan sonra diplomat kimi işləyə bilərəm",  - beynəlxalq münasibətlər fakültəsini bitirmiş Devid deyib.

 

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024