Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (22-06-2015, 19:00)
Dunya Miyatoviç Almaniyanı “Əl-Cəzirə”nin müxbirini azad etməyə çağırıb

ATӘT-in media azadlığı üzrә nümayәndәsi Dunya Miyatoviç Misir rәhbәrliyinin tәlәbi ilә “Әl-Cәzirә” telekanalının reportyorunun Almaniyada hәbs olunmasını tәnqid edib

 

APA-nın ATӘT-in saytına istinadәn verdiyi mәlumata görә, o, hәbs olunan jurnalistin tez bir zamanda azad olunmasına çağırıb. 
 
“Almaniya rәhbәrliyinin hüquqi öhdәliklәrinә tam hörmәt әlamәti olaraq bildirmәk istәyirәm ki, istәnilәn ölkәdә media tәnqidçisini susdurmaq üçün jurnalistin hәbsi әn güclü alәtdir. Bunu nәzәrә alaraq Almaniya hökumәtini Mәnsuru dәrhal azad etmәyә çağırıram”, - deyə D. Miyatoviç bəyan edib.
Xatırladaq ki, iyunun 20-dә "Әl-Cәzirә" televiziyasının jurnalisti Әhmәd Mәnsur Qatara uçmaq istәyәrkәn Berlinin Tegel hava limanında saxlanılıb. Hәm Britaniya, hәm dә Misir vәtәndaşlığı olan jurnalistә 2014-cü ildә Misir mәhkәmәsi tәrәfindәn 2011-ci ildә Tәhrir meydanında hüquqşunasa qarşı zorakılıq iddiası ilә hәbs cәzası kәsilib. Ә. Mәnsur vә işlәdiyi qurum ittihamları rәdd edib.
шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024